II Qareginin müharibə istəyi
Digər xəbərlər

II Qareginin müharibə istəyi

Ötən illər ərzində Ermənistanı dövlət kimi ayaqda saxlayan qüvvələrdən biri kilsə olmuşdur. Bir çox hallarda isə kilsənin xalqa təsir gücü dövlətdən böyük idi. Paşinyanın hakimiyyətə gəlişi bu ölkədə cərəyan edən bir çox məsələlərə ya müsbət, ya da mənfi yöndən təsir etdi. Belə ki, əvvəlki dövlət başçıları ölkəni kənar qüvvələrin kilsənin hesabına himayə edirdilər. Onların əsas təsir mexanizmi Qarabağ üzərindən olurdu. Çünki qeyd edilən kənar qüvvələrin kilsənin xarici yardımları hesabına Azərbaycanın Qarabağ torpaqlarını işğal etmişdilər. 20 faiz torpaq zəbt edən Ermənistan kölgəsində rahatladığı dövlətlərin hesabına arxayınlaşmışdı da bir az. Erməni xalqında millətçilik, qisasçılıq ruhu aşılayan kilsə xadimləri birbaşa yaxud da dolayısı ilə ölkədə hakimiyyətə təsir edə, vəziyyəti nəzarətə götürə bilirdi. Onlar özlərinin güclü dövlət güclü orduya sahib olmalarına inam yaradacaq mif uydurmuşdular. Lakin 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan ordusu haqqında formalaşan yalançı mifi darmadağın etdi. Əlbəttə ki, bu, ermənilər onların himayədarlarına vurulmuş ən böyük zərbə idi.

Ölkədə hakimiyyətlə kilsə arasında yaranmış ziddiyyətə müharibədəki biabırçı məğlubiyyət xeyli təkan verdi. Bütün ümidləri puç olan kilsə ölkə əhalisinə təsir etmək gücündən istifadə edərək Paşinyanı istefa verməyə çağırdı. Bir-birinə kəskin şəkildə nifrət edən hakimiyyət din xadimlərinin münasibətləri ölkədə etiraz dalğalarına səbəb oldu. Hər iki qüvvə arasında yaranan fikir ayrılığı daha da dərinləşdi. Hakimiyyətə qarşı istefa tələbləri səngimək bilmədi. Katolikos II Qaregin öz çıxışlarında erməni xalqını müharibəyə səsləyərək Paşinyanın yarıtmaz hakimiyyətini istefaya çağırdı. Ümumiyyətlə, Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi ilk günlərdən din xadimlərinin ona qarşı münasibəti birmənalı olaraq yaxşı olmamışdır. Baş nazir öz növbəsində hakimiyyətə gələr-gəlməz kilsə xadimlərinin davranışlarını tənqid edirdi. Tərəflər arasında ziddiyyət bu gün davam edir. Belə ki, Ermənistanda kilsə ilə Paşinyan arasında savaş daha da alovlanmağa başlayıb. Kilsə erməni millətçiliyinin dağılmaqda olan sonuncu sütunudur. Bir-birinə qarşı kəskin mövqe tutan tərəflərin ziddiyyəti qızışdıqca, kilsə tərəfdarlarının radikallığı, azğınlığı da artır. Din pərdəsi altında terrorist, millətçi ermənilər yetişdirən kilsə erməni millətini yenidən müharibəyə səsləyir. Əgər Paşinyan hakimiyyəti terror yuvası olan kilsəni radikal din xadimlərini zərərsizləşdirib, məğlub etsə, o zaman erməni əhalisi elə dövləti sakit şəkildə yaşamaq şansı əldə edəcək.

Ermənistanda olan din xadimləri, kilsə nümayəndələri yaxşı bilirlər ki, Paşinyan Azərbaycanla sülh danışıqlarına sülh razılaşmasına meyillidir. Əlbəttə ki, sülh razılaşması baş verərsə, bundan Ermənistan daha çox yaralanmış olar. Çünki bu, Paşinyanın onun dövlətinin yeganə çıxış yoludur. Ermənistan hakimiyyəti bu şansdan yararlanmış olsa, o zaman üzləşdiyi ağır böhran səfalətdən çıxmış olacaq. Nəticədə əhali normal bir şəraitdə yaşamaq şansı qazanacaq. Bunu Ermənistan əhalisi gözəl başa düşür. Lakin kilsə xadimlərinin qızışdırıcı mövqeyinə istiqamətlənənlər az deyil. Din xadimləri yaxşı bilir ki, Paşinyan Azərbaycanla münasibətlərdə daha yumşaq mövqe sərgiləyir, nəinki onlarla. Sadəcə, baş nazir lazım olan addımı atmağa çəkinir. Onu çəkinməyə vadar edən səbəblərdən biri elə kilsə ilə arasındakı ziddiyyətdir. Çünki din xadimlərinin dayaq nöqtəsi qədər zəifləsə , əhaliyə təsir etmək gücünə sahibdir. Kilsə bu təsir gücündən istifadə edib əhalini yeni müharibəyə səsləyir.

Erməni millətinin bu gün düşdüyü böhranlı vəziyyətin əsas səbəbi müharibədə uduzması 30 il Azərbaycan sərvətlərindən yararlanmasının əlindən çıxmasıdır. Hazırkı hakimiyyətin milləti səfalət, yoxsul vəziyyətə salınmasında işğaldan azad olunan torpaqlardan gələn qaçqınların ölkədə çaxnaşma yaranmasında isə günahkar Paşinyan hesab edilir. Bu səbəbdən narazı kütlə hər an ayağa qalxa yeni müharibəyə başlaya bilər. Belə olan halda vəziyyət kilsə xadimlərinin işinə daha çox yarayır. onlar milləti bu yolla ələ alaraq öz təsir gücləri hesabına yenidən Ermənistan hakimiyyətinə nəzarəti bərpa edə bilərlər. Ancaq Paşinyan tamam başqa cür fikirləşir. Onun fikrincə, hisslərə qapılaraq, kilsə təbliğatına uyub yeni müharibəyə başlamaq Ermənistanı fəlakətə aparacaq. Ordu quruculuğu bərbad olan ölkədə yenidən mənasız qurbanlar verilməsi xalqı daha acınacaqlı duruma salacaq.

Bütün dövrlərdə millətçiliyi, düşmənçiliyi, aqressiyanı təbliğ edən erməni kilsəsi bu gün eyni amaldadır. Onlar işğal separatçı hərəkatın əsas dəstəkçisi, təbliğatçısı olublar. Düzdür, erməni kilsəsi həmişə ölkədə böyük təsir gücünə malik olub. Bu da ondan irəli gəlir ki, onların uzun müddət dövlətləri olmayıb. Dövlət hakimiyyət rolunu isə kilsə din xadimləri yerinə yetirib. Məlumdur ki, din dövlətdən ayrıdır. Heç bir vaxt din onun təmsilçiləri ölkədə gedən siyasi proseslərə qarışa bilməz. Dinin missiyası mahiyyəti hər zaman barışdırıcı mövqedən çıxış etməsi olmalıdır. Təəssüflər olsun ki, Ermənistanda məsələ heç belə deyil. Əksinə, erməni kilsəsi, din xadimləri millətini müharibəyə, nahaq qan tökməyə, günahsız qurbanlar verməyə səsləyir. Onlar gəncləri düşmənçilik ruhuna kökləyərək döyüşləri davam etdirməyə, yenidən torpaqları işğal etməyə çağırırlar. Hətta din xadimləri özləri silaha sarılaraq döyüşlərdə iştirak etmiş, bunu özlərinə müqəddəs borc qəhrəmanlıq bilərək bir əllərində xaç, digər əllərində isə silah tutmuşlar. Hətta 44 günlük Vətən müharibəsi zamanı bütün ermənilərin katolikosu II Qareginin öz millətinə müraciəti yaddaşlardadır. O deyirdi: "Əziz övladlarımız, bu həlledici məqamda sizə müraciət edirik. Vətənin millətin müdafiəsi uğrunda fədakarlıqla mübarizəyə qoşulun, məkrli düşməni məğlub etmək, onun pis niyyətlərini pozmaq doğma yurdumuzu daha da gücləndirmək üçün cəbhədə döyüşən əsgərlərimizi dəstəkləyin". Bəli, bu, bir dövlətin din xadiminin millətinə etdiyi çağırışdır. Özünün olmayan torpaqlar uğrunda döyüşə çağırışı mənasız yerə qurban getməyə səsləməsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".