İfadə azadlığı pərdəsi altında islamofobiya
Siyasət

İfadə azadlığı pərdəsi altında islamofobiya

İslamofobiya qlobal dünyada İslam dininə qarşı zülm, təhrik təhdid yolu ilə təxribatlara, düşmənçiliyə dözümsüzlüyə səbəb olan qorxu, qərəz nifrətdir. Mədəni irqçiliyə çevrilən institusional, ideoloji, siyasi dini düşmənçilikdən irəli gələn bu anlayış İslam dininə qarşıdır.

15 mart tarixinin "İslamofobiya ilə mübarizə günü" olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib.

İslamofobiya meyillərinin ən çox tüğyan etdiyi ölkələrdən biri Fransadır. Fransada müsəlmanların təhqir olunması demək olar ki, tendensiya halını almışdır. Təsadüfi deyil ki, belə fəaliyyətlərin kökündə məhz Makronun yürütdüyü dini ayrı-seçkilik siyasəti dayanır. Ölkənin "Charlie Hebdo" jurnalında Məhəmməd Peyğəmbərlə bağlı xoşagəlməz karikaturaların dərc olunması bunu bir daha təsdiqləyir. Bütün bunlar Fransada təkcə siyasi dəyərlərin aşınmaya məruz qaldığını deyil, eyni zamanda sivilizasiyaların toqquşması prosesinin getdiyini göstərir. Əslində, düşmən Ermənistanla eyni məzhəbə qulluq edən ölkənin bu cür əməlləri təəccüb doğurmur. Axı, onların xisləti elə yerindən çürükdür. Üstəlik, ölkənin xain planları Avropada islamofobiyanın güclənməsinə hesablanıb. Fransa hökumətinin anti-müsəlman siyasəti beynəlxalq hüquq tərəfindən izlənilməli lazımi tədbirlər görülməlidir. Fransada islamofobiya xüsusi siyasi əhəmiyyətə malikdir, çünki Fransa, ilk növbədə Afrika Yaxın Şərq ölkələrindən köç səbəbi ilə müsəlmanların ən böyük payına sahibdir.

İslamofobiya məqsədli şəkildə aparılır. Fransanın timsalında İsveç digər ölkələrdə islamofobiyanın təzahürləri artmaqdadır. Bütün bunlar isə ifadə azadlığı pərdəsi altında həyata keçirilir. Biz qəbul etməliyik ki, islamofobiya ciddi bir məsələdir buna dəqiq yanaşılmalıdır. Avropa müsəlmanlarının sayı milyonlarladır. Qərb dünyası islamofob düşüncə sahibləri müsəlman sivilizasiyasının qərb sivilizasiyasına verdiyi töhfələri araşdırmalıdır.

Qeyd edək ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Konfransın əsas məqsədi beynəlxalq milli səviyyədə müsəlmanları əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Həmçinin islamofobiya ilə mübarizədə fərqli yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

 

 Nurlan ABDALOV,

"Respublika".