İdmançılar respublika çempionatında uğur qazanıblar
İdman

İdmançılar respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının  təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib. Turnirdə 30 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 8 idmançısı mübarizə apararaq yüksək nailiyyətlərə nail olublar. Belə ki, 14-15 yaş kişilər arasında karate komandasının üzvü Nihad Kərimzadə şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında isə şəxsi kumite yarışlarında Mədinə Baratzadə 2-ci, Vəsilə Hacıyeva 3-cü yerə layiq görülüb. 16-17 yaş qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova qızıl medal, kişilər arasında isə şəxsi kata yarışlarında Nihad Məmmədzadə gümüş medalın sahibi olub. 18-21 yaş kişilər arasında şəxsi kumite və kata yarışlarında Xəyal Məmmədov və şəxsi kumite yarışlarında Kənan Babayev 3-cü, qadınlar arasında isə şəxsi kata yarışları üzrə Samirə Babayeva 2-ci yeri qazanıb.

                                               Kamil İSMAYIL,

                                                 “Respublika”.