İçməli su bu kompleksdə təmizləndikdən sonra ölkənin böyük ərazisinə nəql olunur
Region

İçməli su bu kompleksdə təmizləndikdən sonra ölkənin böyük ərazisinə nəql olunur

Eldəniz Ağayar oğlu Həsənov 1961-ci il iyul ayının 25- Sabirabad rayonunun  Talış kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti məmulatları konstruksiyalarının istehsalı fakültəsini bitirib. Respublikanın müxtəlif idarə müəssisələrində fəhlə, mühəndis, digər işlərdə çalışıb. 1996-2003- illərdə Abşeron Regional Su Cəmiyyətinin İstehsalat-İstismar İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub. 2003- ildənAzərsuAçıq Səhmdar Cəmiyyətinin Kür Su Təchizatı İdarəsində rəis işləyir.

Kür Su Təchizatı İdarəsi Azərbaycanın böyük bir ərazisini - Qaradağ, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı rayonlarını, Şirvan şəhərini içməli su ilə təmin edir. Kür çayında suyun səviyyəsinin gözlənilmədən aşağı düşməsi sutəmizləyici kompleksdə böyük problemlər yaratsa da, Kür Su Təchizatı İdarəsinin fədakar kollektivi adıçəkilən rayonlarda əhalini fasiləsiz olaraq  içməli su ilə təmin etməkdədir.

60 illik yubileyi ərəfəsində respublikanın Əməkdar mühəndisi, “Tərəqqimedallı İdarə rəisi ilə görüşüb ondan Aran yerində havaların isti keçdiyi bu günlərdə  içməli suya olan tələbatın ödənilməsi vəziyyəti  barədə danışmağı xahiş etdik. Eldəniz Həsənov dedi:

- Kür Su Təmizləyici Qurğular Kompleksi ulu öndər Heydər Əliyevin Azərbaycanın su sektorunda şah əsəri sayılır. 1969-cu il iyulun 14- dahi liderin  Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixin dönüş nöqtəsidir. Bütün sahələrdə, o cümlədən əhalinin su təchizatında əsl inqilabi dəyişikliklər baş verdi. Bakı şəhərinin Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına nail olundu. Tarixdən bizə bəllidir ki, Bakı Sumqayıt şəhəri, Abşeron ərazisindəki yaşayış məntəqələriŞollar”, İkinci Su kəmərləri Ceyranbatan sutəmizləyici qurğuları hesabına içməli su ilə təmin olunurdu. Adıçəkilən ərazilərdə sənaye müəssisələrinin sürətlə artımı nəticəsində su təminatında çətinliklər yaranırdı. Belə bir vaxtda Kür suyunun  paytaxta gətirilməsi zərurəti ortaya çıxdı.

SSRİ Nazirlər Sovetinin qərarı ilə  Kür Su Kəmərinin birinci növbəsinin inşasına 1968-ci ildə başlanır. Lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş dahi Heydər Əliyev Kür Su Kəmərinin tikintisini şəxsən nəzarətə götürdükdən sonra işlər sürətlənir. Hətta layihənin qısa müddətdə başa çatdırılması məqsədilə respublikanın əsas tikinti təşkilatlarıÜmumxalq tikintisi cəlb olunurlar. Layihənin birinci növbəsi çərçivəsində 1970-1971-ci illərdə 2 magistral su kəməri tikilib istifadəyə verilir. Kür Su Kəməri Kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradır. Ötən əsrin 80-ci illərində Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilir.

1998-2005-ci illərdə Kür Su Təmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xrolator reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub. Nəticədə kompleksin emal gücü saniyədə 9,5 kuba çatdırılıb, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.

Suyun təmizlənməsi prosesi maraqlıdır. Bu barədə ətraflı danışmaq olar. Lakin ölkənin su təchizatının yaxşılaşdırılmasında həyata keçirilən mükəmməl tədbirlər daha çox diqqəti cəlb edir. Oğuz-Qəbələ-Bakı Su Kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə veriləndən sonra Abşeronda içməli suyun həcmi xeyli artdı. Bu isə Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan Aran bölgələrinə axıdılmasına şərait yaratdı. Bu məqsədlə 107 kilometr uzunluğunda Şirvan-Muğan, 62 kilometr uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə anbarlar tikilərək istifadəyə verildi. Bununla da Hacıqabul, Salyan, Biləsuvar, Sabirabad, Saatlı rayonlarının, Şirvan şəhərinin, eləcə magistral kəmər boyunca yerləşən  yaşayış məntəqələrinin  su təchizatı yaxşılaşdı. Keçən il Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə su verildi. Bütövlükdə isə 2030-cu ilə  hesablanan perspektiv inkişaf planına əsasən Şirvan-Muğan Sabirabad-Saatlı magistral su kəmərlərindən 7 şəhərin 168 kəndin 630 min sakini faydalanacaq.

Əhalinin içməli su ilə təminatı, bu sahədə həyata keçirilən irihəcmli layihələr dövlət başçımız cənab İlham Əliyevin şəxsi təşəbbüsü gündəlik nəzarəti sayəsində həyata keçirilir. Prezidentin iştirakı ilə 2014- ildə Sabirabad-Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 2017-ci ildə isə Saatlı şəhərinə içməli suyun verilməsi mərasimləri keçirilib.

Ərzaq təhlükəsizliyinin ixrac potensialının artırılmasının təmin edilməsi barədə ölkə başçısının tapşırıqlarına uyğun olaraqAzərsuASC tərəfindən Hacıqabul Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə əsasında həcmi 50 min kubmetr olan anbar tikilib. Kür sutəmizləyici qurğulardan Padarçöl adlanan əraziyə 27,5 kilometr əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə hazırda suvarma  suyu verilir.

Tofiq HÜSEYN,

Respublika”.