Humanitar məqsədlər üçün açıq olan yol təxribatçıların üzünə bağlıdır
Siyasət

Humanitar məqsədlər üçün açıq olan yol təxribatçıların üzünə bağlıdır

"Bu gün bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il fevral ayının 18- Münxendə televiziya kanallarına müsahibəsi zamanı bildirmişdir.

İkinci Qarabağ müharibəsi bitsə , Ermənistan üç ilə yaxındır ki, hələ Azərbaycanın yaratdığı reallıqları qəbul edə bilmir. Artıq işğalçılıq fəaliyyətini, yerləşdiyi regionda sülhü, əmin-amanlığı təhdid etməyi sona çatdırmağın zamanı gəldiyini anlamaq istəmir. 30 il özgə torpaqlarını talamaqdan gözü doymayan düşmən artıq bu yerlərin, bu sərvətlərin əsl sahiblərinin geri dönməsi ilə barışmır. Köhnə havası başında qalan ermənilər Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərir, sərhəd zonalarında təxribatlar törədir bununla da münasibətləri daha da gərginləşdirir.

44 günlük müharibə Ermənistanın kapitulyasiyası ilə bitdi. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatda düşmənin məğlubiyyəti öz əksini tapdı. Bəyanatın 4- bəndində qeyd olunur ki, Qarabağda təmas xətti Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin Ermənistan Bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək silahlı birləşmələrini ərazidən çıxarmadı. Bu, düşmənə çirkin niyyətlərini davam etdirmək üçün lazım idi. Azərbaycan ərazisində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələrinin çıxarılması, ölkəmizin ərazisinə silah-sursatın daşınması, terrorçuların girişinin qarşısının alınması, eləcə təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulması üçün həmişə olduğu kimi, dövlətimiz özü ciddi tədbir görməli oldu. Çünki sülhü qoruyan "məramlılar" da ermənilərin bu qanunsuz hərəkətlərinə göz yumur, onların qeyri-qanuni fəaliyyətlərinə geniş meydan açırdı. Ötən il dekabr ayının 12-dən etibarən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda 138 gün keçirdikləri aksiya "Qızılbulaq" qızıl, "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən istismarına, həmçinin 10 noyabr üçtərəfli Bəyanata əsasən Azərbaycan ərazilərindən çıxarılmalı olan erməni silahlı birləşmələrinə Ermənistandan silah-sursat daşınmasına, sərhəd boyu minaların basdırılmasına qarşı etiraz idi. Ermənilərin bu təxribatçı əməllərinin qarşısını almaq üçün dövlətimizin aidiyyəti qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciətlər edilsə , ənənəvi olaraq bu müraciətlərə heç bir reaksiya verilməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi beynəlxalq səviyyəli tədbirlərdə, görüşlərdə dəfələrlə ermənilərin sərhəddə törətdikləri təxribatlara son qoyulmasının vacibliyini vurğulamışdır. Ölkə başçımız bu ilin fevral ayında Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşdə bu məsələyə toxunmuş Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün şərtlərin olduğunu bildirmişdir. Prezident İlham Əliyev sərhədlərin delimitasiya demarkasiyasının aparılması üçün həm Zəngəzur dəhlizinin hər iki qurtaracağında, həm Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılmasının zəruriliyini qeyd etmişdir.

Nəzarət-buraxılış məntəqəsinin yaradılması Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirdiyi yoldan qanunsuz fəaliyyət üçün istifadə edilməsi, silah-sursat minaların daşınması zamanı qəbul edilmiş milli təhlükəsizlik qərarıdır. İki ölkə arasında sərhədləri qorumaq məqsədilə yaradılan sərhəd-keçid məntəqəsində yüklərin yoxlanılması ilə yanaşı, pasport nəzarəti həyata keçiriləcək. Belə ki, iki ölkənin sərhədində buraxılış məntəqəsinin quraşdırılması istənilən suveren ölkə tərəfindən həm beynəlxalq hüquq normalarına uyğun, həm ölkələr arasında münasibətlərin tənzimlənməsi təcrübəsinə əsaslanaraq həyata keçirilən prosedurdur. Bu addım 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan Rusiya tərəfindən İkinci Qarabağ müharibəsinə son qoymaq üçün imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycan siyasətinin məntiqi kulminasiyası idi.

 Erməni mətbuatı bildirir ki, 2023- il aprelin 23- Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradıb. Qarabağda yaşayan ermənilər heç bir xüsusi status almayacaqlar, onların iki yolu var, ya evlərini tərk etməli, ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ermənilər yazırlar ki, Azərbaycan üçtərəfli Bəyanatın 6- müddəasından irəli gələn öhdəliyi yerinə yetirməli Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir. Bəli, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri, o cümlədən 6- bəndi yerinə yetirir. Lakin məsələ bundan ibarətdir ki, Laçın dəhlizindən dinc insanların gediş-gəlişinə icazə verilir, terrorçulara yox. Eyni zamanda, humanitar məqsədlər üçün hər zaman açıq olan yol, yalnız təxribatçıların, silah-sursat daşıyanların üzünə bağlanıb. Əslində isə Azərbaycan Qarabağ erməniləri ilə birgə yaşamağa hazırdır, sözsüz ki, onlar Qarabağ iddialarından əl çəkməlidirlər.

Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqələrinin yaradılması Qarabağ müharibəsindən sonra mühüm hadisədir. Bu il aprelin 23- məntəqənin quraşdırılması Azərbaycanın Qarabağ bölgəsində suverenliyini bir daha təsdiq edir. Aprelin 30-da ABŞ dövlət katibi Antoni Blinken ilə Prezident İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı da ölkə başçımız Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin dövlətimizin suveren hüquqları çərçivəsində bütün beynəlxalq qaydalara uyğun olaraq nəzarətin təmin edilməsi məqsədilə yaradıldığını vurğulayıb.

 Qeyd edək ki, Ermənistan bu il aprel ayının 22- Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurmuşdur. Ermənistanın bu hərəkətinə qarşılıq olaraq Azərbaycan dövləti aprelin 23- ölkəmizin suveren ərazilərində - Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə buraxılış məntəqəsi yaradıb. Azərbaycanın öz suveren ərazisində nəzarət məntəqəsi yaratması isə hərəkəti məhdudlaşdırmaq deyil, təxribatlara son qoymaq üçün atılan addımdır.

Mehparə ƏLİYEVA,

"Respublika".