Hiyləgərliyin erməni nümunəsi
Digər xəbərlər

Hiyləgərliyin erməni nümunəsi

Ermənistanın, Xankəndidəki separatçı rejimin, din xadimlərinin, erməni lobbisinin Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların qara, yağışa, küləyə baxmayaraq əzmlə davam etdirdikləri etiraz aksiyası haqqında yalan, əsası olmayan, saxta məlumatlar yayması erməni hiyləgərliyinin qədim məlum nümunəsidir. Zavallı erməni xalqı adı altında Ermənistanın yürütdüyü kirli siyasət çox zaman bumeranq effekti yaradır, gözləmədikləri yerlərdən zərbə alan kimi dərhal ağalarına yalvararaq kömək istəyir, imdad diləyir, məzlum görkəm alırlar. Əslində Ermənistan, dünyadakı erməni lobbisi, erməni kilsəsi və digər separatçı haylar 30 ildir ki, Qarabağda məskunlaşan ermənilərlə hiyləgər və absurd oyun oynayır, "öz müqəddəratını təyin etmə", qondarma "Artsax" adı altında məkrli, iyrənc və xəbis niyyətlərini həyata keçirməyə cəhd edir, sözün əsl mənasında, səmtini itirmiş erməniləri çıxılmaz vəziyyətdə qoyurlar.

Otuz ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarındakı təbii sərvətləri talamağa vərdiş edən, öz mənafelərini güdən erməni separatçılar və Qarabağda peyda olan Vardanyan gündə bir məzhəbə qulluq edirlər, dünən dediklərini səhəri gün təkzib edirlər, baş nahiyyəsindən ağır zərbə aldıqları üçün nə çərənlədiklərinə bəlkə də heç özləri də inanmır. Xalqımızın iradəsini ifadə edən azərbaycanlı ekofəalların və gənclərin dinc etiraz aksiyasının ilk günlərindən oğru və talançı Vardanyan və digər separatçılar Ermənistanla "Artsax" arasındakı "həyat yolu"nun bağlandığını, Xankəndidə humanitar fəlakət yaşandığını, dərman çatışmazlığını dünyaya car çəkir. Əslində törətdikləri cinayətləri gizlədir, real vəziyyətin üstünü ört-basdır edir, mövqelərini tez-tez dəyişir, bir sözlə klounluq edirlər. "Blokada"ya görə Ermənistanla Xankəndi arasında hava dəhlizinin açılması haqqında çərənləyən Vardanyan öz əlaltılarının vasitəsilə bu barədə Rusiya, ABŞ və Fransa prezidentlərinə müraciət ediblər. Həyasız, yalan iddialar irəli sürən separatçılar unudurlar ki, Azərbaycanın hava məkanı çox qətiyyətlə və yüksək peşəkarlıqla qorunur, ondan istifadə edilməsi yalnız Azərbaycan dövlətinin razılığı ilə ola bilər.

Laçın yolunun blokadada olduğunu, ermənilərin əziyyət çəkdiyini gecə-gündüz bağıran R.Vardanyan buqələmun kimi gündə bir rəngə düşür, Ermənistanın xəbər portalı "Byline Times"a müsahibəsində Laçın yolunun "blokada"da olmadığını etiraf edib. Və ardınca bildirib ki, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdakı ermənilərə ərzaq tədarükü həyata keçirir. Bildirək ki, etiraz aksiyasının keçirildiyi bir aya yaxın vaxt ərzində Rusiya sülhməramlı kontingentinə məxsus onlarla avtomobil hər gün Xankəndi-Laçın yolu ilə sərbəst hərəkət edir və bu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bir daha sübut edir. Təbii ki, getdikcə Laçından sülhməramlıların daha iri avtomobil karvanları keçdiyinin şahidi oluruq. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Xankəndiyə on tonlarla ərzaq məhsulları və dərman preparatları daşınıb. Demək, erməni separatçıların Xankəndidə ərzaq qıtlığı yaranır, dərman çatışmır sözləri erməni hiyləgərliyindən və ağ yalandan başqa bir şey deyil. Həmçinin, yanvarın 7-də Xankəndidəki erməni saytı bildirib ki, biri 2 aylıq körpə olmaqla üç xəstə müalicə üçün Laçın yolu ilə İrəvana aparılıb. Ermənilərdən çox bağıran bəzi dövlətlərin rəsmiləri kordurlar ki, bunu görmürlər.

Talançı Vardanyan kirli biznes fırıldaqlarını işə salaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Xankəndidə və ətraf ərazilərdə ermənilərin sayını şişirdərək 120 minə çatdırıb. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində ermənilər kütləvi köç etdilər və sonradan onların çoxu geri qayıtmadı. Rusiya sülhməramlıları kontingentinin yaydığı məlumata inansaq, Qarabağda 50 min nəfərə yaxın erməni yaşayır. Bəs görəsən bu 120 min haradan çıxdı?! Vardanyan az bilmir, ermənilərin sayını şişirdərək dünyadakı erməni lobbilərindən gələn pulları və yardımları mənimsəyir, necə deyərlər, boş dayanmır, biznesini "inkişaf" etdirir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət ermənilərin Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Ekofəalların etiraz aksiyasının qəti və davamlı olduğunu anlayan Xankəndidəki xunta rejimi dekabrın 28-də feyk məlumat yaydı ki, "Base Metals" şirkəti yataqlardakı qazıntı işlərini dayandırıb və bu ərazilərdə beynəlxalq araşdırmaçılara monitorinq üçün şərait yaradılacaq. Separatçılar başa düşmək istəmirlər ki, Azərbaycanın icazəsi olmadan heç bir beynəlxalq təşkilat Qarabağda monitorinq apara bilməz.

Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasındakı Xankəndi, Ağdərə, Əsgəran, Vəng, Canyataq, Sırxavənd, Ballıqaya və digər ərazilər Azərbaycanın qədim torpaqları və yurd yerləridir. Həmin yerlərdə min illərdir ki, azərbaycanlılar yaşayıblar və yenə də orada əbədi yaşayacaqlar. Ermənilər bunu biryolluq anlamalıdırlar...

Salman ALIOĞLU,

"Respublika".