Himayədar ailə
Sosial həyat

Himayədar ailə

Ölkəmizdə himayədar ailə institutunun tətbiqinə hazırlıq işləri çərçivəsində müvafiq sahədə qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi nəzərdə tutulub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə siyasəti şöbəsinin və Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə Departamenti ilə Türkiyənin Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyinin aidiyyəti rəhbər şəxslərinin videoformatda görüşü olub.

Görüşdə “Himayədar ailə” qayğı modelinin uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olduğu vurğulanıb. Bu modelin tətbiqinin dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsini nəzərdə tutaraq,  onların ailə mühitində yaşamalarına və inkişafına şərait yaratdığı qeyd edilib. Bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsi, əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

“Respublika”.