Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu
Siyasət

Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu

Müstəqil Azərbaycan Respublikasının banisi, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu prosesindəki əsas fəaliyyət istiqamətlərindən birini müasir demokratik məhkəmə-hüquq sisteminin formalaşdırılması, ölkəmizdə ədalət mühakiməsinin əsas şərtlərə prinsiplərə uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə ilk mütərəqqi addım müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin şəxsən rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12- keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edilmiş, noyabrın 27- qüvvəyə minmişdir. Bununla da Azərbaycan Respublikası tarixində məhkəmə-hüquq islahatları üçün mərkəzi normativ baza yaradılmışdır.

İlk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiyasında tanınmış fransız siyasi mütəfəkkiri Şarl Lui Monteskyönün irəli sürdüyü demokratik-hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyətlərin bölgüsü prinsipi təsbit olunmuşdur. Belə ki, Konstitusiyamızın 7-ci maddəsinin III hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapmışdır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkili kimi təməl prinsiplər təsbit olunmuş, insan hüquq azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilmişdir.

Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, hüquqi islahatların həyata keçirilməsi məqsədilə 21 fevral 1996- ildə Hüquqi İslahatlar Komissiyası yaradılması barədə sərəncam imzalamışdır. Məhz bu Komissiyanın səmərəli fəaliyyəti nəticəsində "Məhkəmələr hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında" "Polis haqqında", "Vəkillər vəkillik fəaliyyəti haqqında" digər qanunlar qəbul edilmişdir. Bu qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan çox vacib addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına fəaliyyət göstərməsinə imkan yaratmışdır.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, beynəlxalq təşkilatlar ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük sair məcəllələr qəbul edilmişdir. Azərbaycanın tarixində ilk dəfə olaraq 1998-ci ilin iyul ayında konstitusiya nəzarəti orqanı - Konstitusiya Məhkəməsi yaradılmışdır.

Görkəmli siyasi xadim Heydər Əliyev insan vətəndaş hüquq azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ulu öndərin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul metodların tətbiqinə başlanılmış, hakim vəzifəsinə ədalətli şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir.

Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparılmış nəticədə hakim korpusu 60 faiz təzələnmişdir.

Hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli müvafiq fərmanla məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış, 24 dekabr 1998-ci il tarixli sərəncamla Şuranın tərkibi təsdiq edilmişdir.

Qeyd edilən Şuranın fəaliyyətə başlaması ilə məhkəmə sisteminin təşkilinin, hakimlərin məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerlərinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradılmışdır.

Həyat fəaliyyətində insan vətəndaş hüquq azadlıqlarının qorunması ideyasını rəhbər tutan, "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz", - deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993- ildə Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium qoyulmuşdur. Ümummilli lider 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Bir qədər sonra, həmin ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi tədbirində ulu öndər bu addıma qiymət verərək demişdir: "Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir".

1998-ci il fevralın 10-da isə Milli Məclis Heydər Əliyevin ölüm hökmünün ləğvi ilə əlaqədar təklifini dəstəkləyərək, bu barədə qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikasında ölüm cəzası ləğv edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsi Heydər Əliyev humanizminin təntənəsi olmuşdur.

Ulu öndər tərəfindən Sovet hakimiyyəti dövründə çoxdan unudulmuş əfv amnistiya institutlarının bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla cəmiyyətə mənəvi dəyərlər, humanizm hissi aşılamışdır.

Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır. Bu sistemin mütərəqqiliyi bundan ibarətdir ki, o, hər bir şəxsin hüquq azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət etmək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə prosessual baxımdan düzgün obyektiv həll edilməsinə zəmin yaradır.

İslahatların gedişində Ali Məhkəmənin funksiya səlahiyyətlərinə yenidən baxılmış, ümumi ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrilmiş beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olunmuşdur.

"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda günahsıza cəza veriləndə", - deyən ümummilli lider Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 1994- il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Həyata keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində tətbiq edilməyə başlanıldı. Çoxşaxəli islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş bu tarixi hadisə respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb olmuşdur. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına qoşulmuş, o cümlədən 25 dekabr 2001-ci il tarixdə "İnsan hüquqlarının azadlıqlarının müdafiəsi haqqında" Konvensiyasının onun 1, 4, 6 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu qüvvəyə minmiş, bununla da Azərbaycan Respbulikası insan hüquq azadlıqlarının qorunması inkişafı istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı yorulmaz fəaliyyəti zəngin irsi nəticəsində Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemi formalaşmaqla bərabər, məhkəmə hakimiyyəti sahəsində inkişafin əsas istiqamətləri üzrə yol xəritəsi cızılmış qarşıda duran məqsədlər müəyyən edilmişdir.

Bu gün ölkəmizdə hüquq sisteminin ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev irsinin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixdə imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanda məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret olaraq müəyyən edilmişdir.

Heç kimə sirr deyildir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan məhkəmə-hüquq sistemi onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir bundan sonra da qarşıya qoyulmuş məqsədlərə nail olunacaqdır. Şübhəsizdir ki, hələ bir çox gələcək nəsillər ulu öndərin əvəzsiz əməyi irsi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək.

Hüseyn CAMALOV,

Şirvan Apellyasiya Məhkəməsinin

məhkəmə iclasının katibi.