Heydər Əliyevin ideyaları xalqımıza əbədi xoşbəxtlik bəxş edir
Siyasət

Heydər Əliyevin ideyaları xalqımıza əbədi xoşbəxtlik bəxş edir

Şamaxı rayonunun Sovet dövründə intensiv əsaslı inkişafı ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq 1982-ci illərə qədər davam edib. Həmin dövrdə ümummilli liderin diqqəti qayğısı nəticəsində rayonda kənd təsərrüfatı əsasən üzümçülük, taxılçılıq heyvandarlıq üzrə sürətlə inkişaf edərək respublikada birincilər sırasında olub.

Ümummilli lider 1969-1982-ci illərdə Şamaxı rayonunda 14 dəfə olmuşdur. Qeyd etmək istərdim ki, 21 yanvar 1978-ci il tarixli qərarından sonra rayonun sosial-iqtisadi sahələrinin inkişafı daha böyük vüsət almışdır. Ötən əsrin 70-82-ci illərində rayonda 46 təhsil müəssisəsi, 6 mədəniyyət evi, 1 döyüş şöhrəti muzeyi, müasir tipli rabitə binası, 9 mərtəbəli mehmanxana, yüzlərlə ticarət, ictimai-iaşə məişət xidməti obyektləri, 15 şərab emalı zavodu, quşçuluq kompleksi, çörək zavodu, 16.2 milyon kubmetr sututumuna malik suvarma dəryaçaları, 200 kilometrlik suvarma xətləri, idman hərbi şöhrət kompleksləri tikilmiş, yüzlərlə sosial yaşayış binaları istifadəyə verilmiş, 1 nəfərə düşən yaşayış sahəsi 8,3 kvadratmetrdən 15 kvadratmetrə çatmışdır.

1970-ci ilə nisbətən 1982-ci ildə taxıl istehsalı 44, tərəvəz istehsalı 90, ət istehsalı 12, süd istehsalı 10, yun istehsalı 38 faiz artmışdır. Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyevin rəhbərliyi ilə Şamaxıda görülən işlər rayonun sənaye rayonu kimi inkişafına şərait yaratmışdır.

Həmin illərdə Heydər Əliyevin böyük qayğısı diqqəti sayəsində bir çox qabaqcılların əməyi layiqincə qiymətləndirilmişdir. Sosialist Əməyi qəhrəmanları Sədrəddin Əhmədov, Əmralı Abdulla, "Şöhrət" ordenli Mariya Kojevnikova yüksək adlara layiq görülmüşlər. Heydər Əliyev rayonumuz haqqında daim yüksək fikirdə olaraq belə demişdir: "Şamaxı Azərbaycanın ən qədim elm mədəniyyət mərkəzidir". Bu tarixi kəlam bütün şamaxılılar üçün daim örnək olmuşdur.

Bunlarla yanaşı, 1980-ci illərin sonunda 1990- illərin əvvəllərində ölkədə gedən ictimai-siyasi sosial-iqtisadi proseslər rayonun iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir.

1993- ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkənin, o cümlədən Şamaxı rayonunun iqtisadiyyatı yenidən dirçəlməyə başlamışdır. Həyata keçirilən aqrar islahatlar nəticəsində 11.464 ailəyə 36007 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri ayrılmışdır ki, bu da hər ailəyə orta hesabla 3.1 hektar torpaq sahəsinin verilməsi deməkdir.

Əhaliyə verilən əmlakların ümumi dəyəri 78.4 milyard manat təşkil etmişdir. Torpağın özəlləşdirilməsi digər islahatlar əkinçiliyin strukturuna da müsbət təsir göstərmişdir. Rayonda heyvandarlıq dinamik inkişaf edir.

Ulu öndərin yubileyini ləyaqətlə qeyd edən şamaxılıların təşəbbüsü rayon icra hakimiyyətinin səriştəli fəaliyyəti nəticəsində şəhərdəki Heydər Əliyev prospekti yenidən qurulur keçirilən ictimai-siyasi tədbirlər həvəslə davam etdirilir. Parklarda, küçə meydanlarda həmişəyaşıl ağac gül kolları əkilib.

Bir vacib məqama da toxunmaq istəyərdim. Şamaxıda içməli su təminatında, abadlıq sahəsində daim ciddi tədbirlər həyata keçirilir. 2023- ilin sonuna kimi şəhərdə küçələrin çoxuna asafalt döşənməsi nəzərdə tutulmuşdur. Bir çox qəsəbə kəndlərdə elektrik enerjisi təbii qazın təminatında effektli tədbirlər həyata keçirilir.

O dövrün qabaqcıllarının övladları da indi ata-babalarının yaddaşlarından silinməyən xatirələrini yaşadaraq hörmətli Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşirlər. Şamaxıda Heydər Əliyev dühası daim ürəklərdə olmuş, bundan sonra da yaddaşlardan silinməyəcəkdir. Bu səbəbdən xalqımıza əbədi xoşbəxtlik bəxş edən ümummilli liderimizin müdrik ideyaları uğurla həyata keçirilir.

Ulu ödərin davamçısı Prezident İlham Əliyevin şəxsən rəhbərliyi ilə 743- ildə tikilmiş, lakin uçub dağılmaq təhlükəsində olan Cümə Məscidi 2012-2013- illərdə yenidən yüksək səviyyədə tikilib. Daha sonra Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın köməkliyi ilə Pirsaat Piri ərazisində müasir tələblərə cavab verən tarixi memarlıq abidəsi olan Məscid binası 2020-ci ildə istifadəyə verilmişdir. Bununla belə, cənab Prezidentimiz xanımı ilə birlikdə dəfələrlə rayona səfər edir, daim əhali ilə görüşür, insanların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi şəraiti yaradır.

Yeri gəlmişkən, Heydər Əliyev ilə bəzi görüşlərimi oxuculara çatdırmaq istəyirəm. İlk dəfə 12 yanvar 1971-ci ildə Şamaxı Rayon Komsomol Komitəsinin birinci katibliyinə təsdiq üçün ulu öndərin qəbulunda olmuşam. İkinci görüşümüz 30 iyun 1981-ci il tarixinə təsadüf edib. Həmin vaxt Heydər Əliyev 4 nəfərlik kadr heyəti ilə bizi qəbul etdi həmin gün MK aparatında işə götürüldüm 2 şöbədə 1988-ci ilin yanvar ayına qədər işlədim. Üzümçülük sahəsi üzrə çalışırdım zona müşavirələrinin hazırlanmasında bilavasitə iştirak edirdim. Ulu öndər Heydər Əliyev Moskvaya rəhbər vəzifəyə işə getdikdən sonra da siyasi xəttə sadiq qaldım. Üçüncü dəfə Heydər Əliyev ilə deputat kimi Ali Sovetin foyesində görüşmüşəm.

Eybalı AĞAYEV,

Şamaxı Rayon İcra Hakimiyyəti

yanında İctimai Şuranın sədri.