Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir
Digər xəbərlər

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, sədr müavini Ülvi Salmanov, institutun rəhbərliyi və kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə ƏETİ-nin direktoru Faiq Xudayev açıb. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra F.Xudayev “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” mövzusu üzrə cıxış edib. O qeyd edib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.

“Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında Heydər Əliyevin rolu”, “Heydər  Əliyev Azərbaycan dövlətçiliyinin və YAP-ın yaradıcısıdır”, “H.Əliyevin Azərbaycan gəncliyinin inkşafındakı rolu və töhfələri”, “Kənd təsərrüfatının inkişafında qadınların rolu” mövzularında çıxışlar edliib.

Tədbirin yekununda Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə institutun bir qrup əməkdaşı və gənc mütəxəssisləri YAP-a üzv qəbul olunublar. Onları təbrik edən institutun direktoru bildirib ki, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərməsi, partiyaya olan böyük inam və etimadın təzahürü olaraq YAP sıralarına qoşulanların sayı daim artır.

“Respublika”.