Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası
Diaspora

Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası

Niderland Krallığının Ansterdam şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə poçt markaları çap edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilir ki, Amsterdam şəhərində yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində ümummilli lider Heydər Əliyevin fotosu, onun “Azərbaycan mənim həyatımın mənasıdır!” fikri və Heydər Əliyevin imzasi əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Bu təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə əvəzsiz xidmətlər göstərdiyinə, xalqımızın öz ulu öndərini böyük ehtiramla yad etdiyinə yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.

İndiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi-880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Covdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

Əli SADIQOV,

“respublika”.