HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR
Siyasət

HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR

Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar öz xalqının ya bir neçə xalqın taleyini dəyişdirə bilirlər. Bəşəriyyətin inkişafı dövründə əqli, enerjisi ilə seçilən kifayət qədər şəxslər mövcud olmuşdur.

Bunlardan H.Y.Sezar, Makedoniyalı İsgəndər, Siseron, Herodot, Nastrodamus, Napoleon, Şah İsmayıl Xətai, Babək, Nizami, Nəsimi, Heyne, Höte, De Qoll, Çörçill, Ruzvelt, Atatürk, Den Syaopin, Ç.Neru, M.Qandi, K.Adenauer digərlərinin adlarını çəkmək olar. XX əsrin yetişdirdiyi dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının dahi lideri Heydər Əlirza oğlu Əliyevin adını fəxrlə çəkmək olar.

Heydər Əliyev haqqında çox deyilib, çox yazılıb. Lakin bunların hamısını dənizdə bir damla adlandırsaq, səhv etmərik. Zaman belə insanları zərurət yarandıqda yetişdirir onların fəaliyyəti məhz bəşəriyyətin inkişafına yönəlir. Heydər Əliyev bütün həyatını xalqına, onun inkişafına rifahının yüksəldilməsinə həsr edib.

Ulu öndər xalqının ən çətin məqamlarında cavabdehliyi öz üzərinə götürərək bütün problemləri həll etməyə nail olmuşdur. Xalqına arxalanan Heydər Əliyev millətini inamla irəli aparmış, onu səriştəsiz liderlərin saldığı çətin vəziyyətdən çıxara bilmişdi. Heydər Əliyev kimi şəxslər haqqında deyilən bir fikri vurğulamağı özümə borc bilirəm: "Dayaq nöqtəsi verin, o bütün Yer kürəsini çevirsin".

Heydər Əliyev siyasi fəaliyyətə ilk dəfə 1969-cu ildə başlamışdır. O dövrdə dünyanın ən qüdrətli dövlətlərindən olan SSRİ- cəmiyyət üzərində eksperimentlərin keçirildiyini bunun nəticəsi olaraq cəmiyyətin daha dərin geniş miqyasda deqradasiyaya uğramasını vurğulamaq zəruridir. Bu prosesdən Azərbaycan da kənarda qalmadı. Belə çətin məqamda Heydər Əliyev Azərbaycanda siyasi arenaya qədəm qoydu xalqının bütün çətinliklərini boynuna götürməkdən çəkinmədi. Çünki Vətəninin, xalqının taleyi onun üçün hər şeydən üstün idi. Elə buna görə o, xalqına xidmət etməyi ən ali məqsəd kimi qarşısına qoydu, xalqını irəliyə aparmaq üçün özündə güc tapdı.

1969-cu ilin avqustunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin çıxışı sovetlər birliyini kökündən silkələdi. Onun fikirləri təkcə Azərbaycanda deyil, sovetlər birliyinin ən ucqar yerlərində bəyənildi. Məhz 1970-80-ci illərdə - Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Vyetnamın, Çinin, Misirin, Perunun, Portuqaliyanın, Almaniyanın, Finlandiyanın, Əlcəzairin digər dövlət rəhbərlərinin ölkəmizə səfərləri məhz həmin dövrə təsadüf edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin dahiliyi sovetlər birliyinin rəhbəri L.İ.Brejnevin üç dəfə Azərbaycana səfərə gəlməsinə şərait yaratdı. Bu səfərlər qısa zaman kəsiyində durğunluğun məngənəsindən yaxa qurtarmış Azərbaycan xalqının mənliyini, qürurunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqının, onun layiqli övladı Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan tikinti meydançasına çevrildi. Ölkəmizdə yüzlərlə məktəb, uşaq bağçası, xəstəxana, muzey, teatr, zavod fabrik tikilməyə başladı. Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda, Şamaxıda, Lənkəranda, Astarada, Şəkidə, Qazaxda, Zaqatalada, Salyanda nəhəng müəssisələrin əsası qoyuldu. Azərbaycan xalqının yetişdirdiyi istedadlı şəxsiyyətlər, sənət ustaları, elm xadimləri, mədəniyyət adamları dünyada tanınmağa başladı. Bunlardan Q.Qarayevin, F.Əmirovun, Niyazinin, T.Salahovun, T.Nərimanbəyovun, R.Behbudovun, M.Maqomayevin, A.Məlikovun digərlərinin adlarını çəkmək olar. Azərbaycan Heydər Əliyevin simasında SSRİ-ni dünyanın bir çox ölkələrində - Meksikada, Bolqarıstanda, Efiopiyada, Vyetnamda, Fransada, Almaniyada, Kubada, Asiya, Afrika, Avropa Amerika ölkələrində təmsil etməyə başladı.

Heydər Əliyev xalqa yaxın olmaq, onun vacib problemlərini bilmək, bunları həll etmək üçün sadə insanlarla ünsiyyəti nəzərdə tutan "cümə günləri" adlanan tədbirləri həyata keçirməyə başladı. Həmin günlərdə respublikanın bütün strukturlarının rəhbərləri xalqın nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır, bacardığı yardımı göstərməyə çalışırdılar. Görüşlər məktəblərdə, poliklinikalarda, ali məktəblərdə, zavod fabriklərdə keçirilirdi. Sadə insanlar rəhbər şəxslərlə tam bərabər səviyyədə söhbət edir, onları maraqlandıran bütün sualları verirdilər. İnsanların həyatında baş verən dəyişikliklər, onların problemləri həmişə Heydər Əliyevin diqqət mərkəzində olurdu. Bu görüşlər bir neçə saat davam edirdi; adətən saat 14:00-dan 19:00-a qədər. Bu zaman heç bir formallığa, rəsmiyyətə, qabaqcadan planlaşdırılmış tədbirlərə yol verilmirdi. Məsələn, zavodda olanda, Heydər Əliyev ilk bir neçə saat ərzində sexləri gəzir, fəhlələrin şəraiti ilə tanış olur, onlarla söhbət edirdi. Bundan sonra hamı birlikdə bir otağa yığışır, işçilər ona saatlarla sual verir, o isə məmnuniyyətlə sualları cavablandırırdı. Burada maraqlı bir hadisəni yada salmaq yerinə düşər. Bir dəfə Bakının quru transformatorlar zavodunda görüş keçirilirdi. Qeyd edim ki, zavodun sexləri bir-birindən kifayət qədər aralı məsafədə yerləşirdi həmin gün güclü yağış yağırdı. Heydər Əliyev üç saat ərzində sexləri gəzdikdən fəhlələrlə söhbət etdikdən sonra zavodun klubuna yığışmış kollektivlə görüşə getdi. Ümummilli lider yağışın altında tamamilə islanmışdı biz ona çay içməyi təklif etdik. O isə belə cavab verdi: "Sən zalda olanlara da çay ver, əgər versən, mən içəcəm". Təəssüf ki, biz bunu edə bilməzdik. Çünki zalda beş yüzdən artıq adam vardı. Görüş isə daha bir neçə saat davam etdi.

Dahi lider hər yerdə, hər zaman həqiqəti səmimiyyəti yüksək qiymətləndirirdi. Xatırlayıram ki, Bakının keçmiş Əzizbəyov rayonundakı müəssisələrdən birinin yoluna Heydər Əliyevin oraya gəlişindən bir qədər əvvəl asfalt döşənmiş, küçə işıqları düzülmüşdü. Bunu dərhal hiss edən Heydər Əliyev rayon rəhbərliyinə ciddi xəbərdarlıq edərək onun səfərlərinə görə yox, sadə zəhmət adamlarının əziyyət çəkməsinə imkan verməmək üçün abadlıq işləri aparmağı tövsiyə etdi.

Heydər Əliyev hər il ali məktəblərə daxil olan tələbələr onların valideynləri ilə görüşlər keçirirdi. Həmin illərdə ali məktəblərə qəbulla bağlı kifayət qədər neqativ hallar var idi, belə hallara son qoymaq üçün Heydər Əliyev şəxsən qəbul imtahanları günü imtahanların gedişinə nəzarət edir, tələbələr onların valideynləri ilə görüşürdü. Burada başqa bir epizodu qeyd etmək yerinə düşər. Hadisə Azərbaycan Dövlət Neft Akademiyasında (İndiki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) baş vermişdi. Heydər Əliyev akademiyanın binasından çıxanda sinəsində "Şöhrət" "Vətən müharibəsi" ordeni olan bir nəfər Heydər Əliyevə yaxınlaşaraq dedi: "Əziz birinci katib, mən müharibə veteranıyam. Bu gün buraya nəvəmin qəbul imtahanları verməsi ilə bağlı gəlmişəm. Ümidvaram ki, o, müvəffəqiyyətlə imtahan verəcək", - demişdi. Heydər Əliyev isə ondan soruşmuşdu: "Sizdə bu əminlik haradandır ki, nəvəniz mütləq ali məktəbə daxil olacaq?". Müharibə veteranı: "Bu əminliyi bizə siz vermisiniz. Biz ədalətə inanırıq. Əgər imtahanları verə bilməsə, demək, hələ hazır deyil". Həmin abituriyent həqiqətən qəbul imtahanlarını müvəffəqiyyətlə verib, bir neçə ildən sonra akademiyanı bitirərək neft sahəsində aparıcı mütəxəssislərdən biri oldu.

70-ci illərdə Heydər Əliyev ilk növbədə cəmiyyətdə artıq vərdişə çevrilmiş halların aradan qaldırılması üçün mübarizəni ön plana çəkmişdi. Belə hallara ali məktəblərə qəbul praktikasını, hüquq-mühafizə orqanlarına işə qəbulu, rəhbər kadrların seçilməsini s. göstərmək olardı.

Hüquq-mühafizə orqanlarında kasta sistemini aradan qaldırmaq üçün Heydər Əliyevin göstərişi ilə Bakı Dövlət Universitetinə bir neçə illiyə Daxili İşlər Nazirliyi, prokurorluq, Ədliyyə Nazirliyi s. orqanların rəhbər işçilərinin övladlarının qəbulu dayandırıldı. Başlıca məqsəd ondan ibarət idi ki, hüquq-mühafizə orqanları daha istedadlı sadə insanların içindən çıxmış kadrlarla təmin olunsun. Təsadüfi deyildir ki, hazırda respublikanın tanınmış hüquqşünasları məhz 70-80-ci illərin məzunlarıdır.

Ali məktəblərə qəbulun düzgünlüyünə obyektivliyinə əmin olmaq üçün Heydər Əliyev keçmiş SSRİ respublikalarında ilk rəhbərlərdən idi ki, hər ilin avqust ayında ali məktəblərə qəbul olan abituriyentlər onların valideynləri ilə şəxsən görüşürdü. Belə görüşlər zamanı Heydər Əliyev insanlarla dialoqda olur, həqiqəti deyir düzgünlüyü öyrədirdi. Məhz həmin illərdə çirkin əməllərlə məşğul olan ali məktəb rektorları, professorlar s. öz rüşvətxorluq əməllərinin cəzasını həbsxanalarda çəkməli olmuşdular.

Təsadüfi deyildi ki, bu tipli görüşlər bir qayda olaraq uzunmüddətli xarakter daşıyır, söhbətdən sonra Heydər Əliyev valideynlərlə birlikdə saatlarla qəbul imtahanlarının gedişini izləyirdi. Heydər Əliyev insanlarla dialoqa girmək, onların qəlbini ələ almaq sahəsində xüsusi istedada malik idi. O, ciddi tələbkar olduğu qədər sadə xalq yumorunu, zarafat etməyi xoşlayırdı. Bir dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) həyətində olarkən camaatla görüşdükdən sonra toplaşanlara müraciət edərək "mənə imtahanla ya şəxsi məsələlərlə əlaqədar sualı olan varmı?!", - deyə soruşdu. Yaşı 60-a yaxın olan bir nəfər kişi ulu öndərə yaxınlaşaraq "yoldaş birinci katib, mənim sizə şəxsi xahişim var, lakin təklikdə demək istəyirəm", - deyə müraciət etdi. Kişi danışarkən hərdən gülümsədiyi üçün onun ağzından başdan-başa metal dişlər ətrafdakıların Heydər Əliyevin diqqətini cəlb etdi. Heydər Əliyev gülə-gülə: cavan oğlansınız, ancaq dişlərinizin hamısını metallamısınız - deyə zarafat etdi siz öz xahişinizi hamının yanında edin, onda mən verdiyim sözə əməl etməli olaram, dedi.

Heydər Əliyevin "Ədəbiyyat qəzeti"ndə "Qoy ədalət zəfər çalsın!" sərlövhəli müsahibəsi keçmiş ittifaqda böyük sensasiya yaratmışdı. Dahi Nizaminin poeziyasından götürülmüş həmin qərbyönümlü sözlər "Ədəbiyyat qəzeti"nin səhifələrində bütün SSRİ-ni dolaşmışdı, çünki müsahibədə ilk dəfə açıq şəkildə sosializmin bəlalarından - korrupsiyadan, rüşvətxorluqdan, ədalətsizlikdən digər sosial bəlalardan bəhs olunurdu.

(davamı növbəti saylarımızda)

 

Ağalar ABBASBƏYLİ,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.