Siyasət

"Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi"

İyunun 3- Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi" mövzusunda konfrans keçirilib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100- ildönümü münasibətilə istər ölkəmizdə, istərsə respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizdə müstəsna yerinin rolunun tədqiq olunması baxımından olduqca önəmlidir: "Ümummilli Liderimizin dünənin, bu günün gələcəyin partiyası kimi səciyyələndirdiyi, 30 il ərzində zəngin şərəfli inkişaf yolu keçərək Heydər Əliyev ideyaları əsasında Azərbaycana tarixi uğurlar - möhtəşəm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası tərəfindən "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər reallaşdırılmaqdadır. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev: multikulturalizm tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi" mövzusunda keçirilən bugünkü konfrans da Heydər Əliyev irsinin öyrənilməsi, Onun əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir".

YAP Sədrinin müavini qeyd edib ki, çoxəsrlik dövlətçilik müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən misilsiz işlər görmüşdür. Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan SSR tarixində bütün sahələrdə inkişafla xarakterizə olunan ən parlaq dövrdür. Məhz 1969-cu ildən - Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra atılan addımlar - görülən işlər hərtərəfli inkişafı yüksəlişi təmin edən həlledici amil olmuşdur. Həmin tarixi mərhələyə nəzər salan Prezident İlham Əliyev qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş qabaqcıl respublikaya çevrilmişdir: "Əlbəttə, Azərbaycan müstəqil deyildi Sovet İttifaqında müəyyən ideoloji çərçivələr var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür".

Tahir Budaqov vurğulayıb ki, 1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, xalqımızın rifahı firavanlığı, respublikamızın inkişafı üçün vacib işlər görmüşdür: "Bu, respublikanın 1969-1982-ci illər ərzində yaradılmış güclü sosial-iqtisadi baza əsasında inkişafını daha da sürətləndirmişdir. Bu dövrdə atılan addımlar təkcə Azərbaycan SSR-in deyil, Sovet ittifaqının tərkibində olan digər bir sıra respublikaların da inkişafına müstəsna töhfə olmuşdur. Xüsusi olaraq bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda digər xalqların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamış, onların bütün hüquqları qorunmuş, rifah firavanlığı təmin edilmişdir. Bir sözlə, hələ SSRİ dönəmində humanizm dəyərlərinə, multikultural ənənələrə söykənən tolerant yanaşma Azərbaycan cəmiyyətinin inkişafını təmin edən mühüm amillərdən biri olmuşdur".

YAP Mərkəzi Aparatının rəhbəri deyib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003- illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş, mədəni intibah bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunmuşdur: "Sosial-iqtisadi, siyasi hüquqi islahatların aparılması, milli maraqlara, beynəlxalq hüquq normalarına dövrün çağırışlarına əsaslanan xarici siyasət kursunun həyata keçirilməsi digər amillər Azərbaycanın tərəqqisini, qarşıda duran milli hədəflərin reallaşmasını mümkün etmişdir. Ulu Öndər Heydər Əliyev xalqımızın zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı çoxəsrlik dövlətçilik ənənələrinə sahib olduğunu, ölkəmizdə müxtəlif etnik dini köklərə malik xalqların yaşadığını nəzərə alaraq həm milli maraqlara, həm zamanın çağırışlarına uyğun siyasət həyata keçirmiş, multikultural dəyərlərin təşəkkülü təmin edilmiş tolerantlıq mühiti gücləndirilmişdir. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlaması üçün istər hüquqi, istərsə mənəvi müstəvidə bütün şərtlər təmin edilmiş - əlverişli şərait yaradılmışdır. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk qoruyub saxlayacağıq", - deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması zənginləşməsi üçün məqsədyönlü siyasət həyata keçirmiş müsbət nəticələr - diqqətəlayiq nailiyyətlər əldə edilmişdir".

YAP Sədrinin müavini söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti Azərbaycana böyük nailiyyətlər qazandırmaqdadır: "Xüsusilə , respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı inkişaf diyarı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Bu gün ölkəmizdə müxtəlif dinlərin xalqların nümayəndələri sülh, əmin-amanlıq mehribanlıq şəraitində yaşayırlar. Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği təşviqi istiqamətində ardıcıl işlərin görülməsi - mühüm layihələrin reallaşdırılması da həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir".

"Bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini etnik mənsubiyyətə malik olan toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən rus əsilli vətəndaşlarımızın payı var. Dövlət başçısının söylədiyi kimi, "Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır, - deyə Tahir Budaqov vurğulayıb.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, bu gün Azərbaycanda mövcud olan icmalar cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar. 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması da bu baxımdan istisna deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil mədəniyyətini, milli dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir".

"Diqqətə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, rusdilli mətbu orqanlar digər ictimai-mədəni qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər. Cənubi Qafqazın ən böyük rus icması olan Azərbaycanda Rus İcmasının nümayəndələri öz hüquq azadlıqlarından, mövcud şəraitdən istifadə edərək cəmiyyət həyatının müxtəlif sahələrində aktiv təmsil olunurlar", - deyən YAP Sədrinin müavini qeyd edib.

"Fürsətdən istifadə edərək Azərbaycanda Rus İcmasının 30 illik yubileyi münasibətilə hər birinizi ürəkdən təbrik edir, tolerant, qalib qüdrətli Azərbaycan naminə, xalqlarımız arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə yönəlik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram", - deyə Tahir Budaqov vurğulayıb.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin bildirib ki, Azərbaycanın ən böyük sərvətlərindən biri bu gün bütün dinlərin etnik qrupların nümayəndələrinin ləyaqətlə yaşaması, ölkənin inkişafına töhfə verməsidir. Azərbaycan vətəndaşları, o cümlədən ruslar Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər.

Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan dövlətinin mədəniyyət siyasətində multikulturalizm amili başlıca istiqamətlərdən biridir. Bu siyasət dövlət quruculuğunda, ölkənin mədəni sosial həyatında əhəmiyyətli rol oynayıb.

Rusiya Xarici İşlər Nazirliyinin Həmvətənlərlə İşlər üzrə Departamentinin direktoru Aleksandr Nurizadə isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun konfrans iştirakçılarına məktubunu oxuyub.

Həştərxan vilayətinin mədəniyyət turizm naziri Olqa Prokofyeva çıxışında bildirib ki, Heydər Əliyev səmərəli əməkdaşlığın əsasını qoyub bunun sayəsində Azərbaycan bu gün Həştərxan vilayətinin əsas tərəfdaşlarından biridir.

Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov bildirib ki, Azərbaycanın milli kodu multikulturalizm, tolerantlıq, digər etnik qruplara dini inanclara hörmət kimi elementləri özündə ehtiva edir.

Xaqani KOSAYEV,

Respublika”.