Heydər Əliyev Mərkəzi ziyarət edilib
Region

Heydər Əliyev Mərkəzi ziyarət edilib

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən və İsmayıllı Rayon Məhkəməsinin “Tədbirlər planı”na uyğun olaraq 26 aprel 2023-cü il tarixində Məhkəmə işçiləri və yerli ədliyyə qrumları əməkdaşları  İsmayıllı Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

İsmayıllı Rayon Məhkəməsinin və yerli Ədliyyə qrumlarının əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar İsmayılı Rayon Heydər Əliyev Mərkəzinə təşkil olunan tədbirdə əməkdaşlara bələdçi tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto və videomateriallar, digər ünikal eksponatlar haqqında ətraflı məlumat verilib. Ziyarətçilər mərkəzdə yerləşən sərgini gəzib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumatlar əldə ediblər.