“Heydər Əliyev İli” çərçivəsində tədbir
Digər xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində tədbir

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

FHN-nin mətbuat xidmətindən xəbər verilir ki, Agentliyin rəhbər heyəti və əməkdaşlarının iştirak etdiyi tədbirdə, əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Agentliyin rəisi Nicat Əliyev və digər çıxış edənlər müstəqil dövlətimizin qurulması və tərəqqisində Heydər Əliyevin tarixi rolundan, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş bəxş edən Ulu Öndərin mənalı həyat və fəaliyyətindən bəhs ediblər.

Çıxışlarda respublikamızın nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün nüfuzlu beynəlxalq təşkilat olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması xüsusi vurğulanıb.

“Respublika”.