Heydər Əliyev Fondu fəaliyyətində Ulu Öndərin ideyalarına əsaslanır
Digər xəbərlər

Heydər Əliyev Fondu fəaliyyətində Ulu Öndərin ideyalarına əsaslanır

Bir anlıq dünyanı iki rəngdə təsəvvür edək: göy qızılı. Biri səmanın, demokratik dəyərlərin, düzlüyün, təmizliyin, əminliyin, milliliyin rəmzi, digəri Günəşin, sülhün, inkişafın, işıqlı gələcəyin nişanəsi...

O, vaxtsa rəssam olmaq istəmişdi. Erkən yaşlarda həvəskar rəssam marağı ilə çəkdiyi şəkillərdən bir neçəsi bu gün ən qiymətli muzey eksponatlarına çevrilib. Bu şəkillər Onun rəssamlıq arzusunun qədər böyük bir istedaddan qaynaqlandığını sərgiləyir, amma...

Heydər Əliyev bu arzusunu gerçəkləşdirə bilmədi, Azərbaycanın dünyanın mədəniyyət tarixi onun simasında qüdrətli bir fırça ustasını itirdi. Kim bilir, bəlkə dünyanın ən nüfuzlu muzeylərinin sərgi salonlarında tamaşaçıları ovsunlayacaq neçə-neçə tablonun yeri boş qaldı. Əvəzində, Heydər Əliyev siyasət ustası oldu, tale onu fırçadan uzaq olsa da, xəyallarını, təxəyyülünü, ürəyindən keçən arzuları reallıqda Azərbaycan boyda bir tablonun üzərinə köçürdü. Görəsən Heydər Əliyev peşəkar rəssam olsaydı, dünyanı hansı rəngdə çəkərdi?! Yəqin ki, göy qızılı rənglərdə, çünki bu rənglərin hər ikisində Heydər Əliyevin istək arzuları öz ifadəsini tapıb. Bu rəmzi indi demək olar ki, dünyanın hər yerində tanıyırlar. Heydər Əliyev Fondu üçün müəyyən edilmiş rəmz öz məzmununda təcəssüm etdiyi ideyalarla bütün dünyanı dolaşır, təlqin etdiyi dəyərlərlə Yer üzünü göy qızılı rənglərin haləsində görmək istəyən insanların sırasını genişləndirir.

İctimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004- il 10 mart tarixli Fərmanı ilə dəstəkləndi. Fondun yaradılmasında qarşıya qoyulan məqsədlər başlanğıcdan kifayət qədər aydın konkret idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu istəyindən yaranan bu Fond görkəmli siyasi xadimin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyasına, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə bu ideyaların həyata keçirilməsinə, Azərbaycanın tərəqqisi xalqımızın rifahı üçün ümummilli lider, Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram layihələrin reallaşmasına kömək etmək s. məqsədi qarşıya qoymuşdu.

Uşaq gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması s. bu kimi məsələlər Fondun yaradılmasında əsas məqsədlər sırasında idi.

Bütün bunlardan əlavə, uşaq müəssisələrinin, infrastrukturlarının, səhiyyə tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycan Respublikası ərazisində xaricdə aktual mövzulara dair konfrans seminarların təşkili, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilməsi Heydər Əliyev Fondu qarşısında məqsəd kimi müəyyənləşdirilmişdi.

Heydər Əliyev Fondu ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoydu. Cəmiyyət bu Fondu hər hansı təqdimatdan, səs-küylü təbliğat kampaniyalarından tanımadı. Heydər Əliyev Fondu özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim etdi. Azərbaycan cəmiyyəti bu təşkilatın məqsədi, məramı barədə Fondun real fəaliyyətinin istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrəndi. Bu isə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya Azərbaycan vətəndaşlarının, bütün dünyada Azərbaycana bağlı olan hər kəsin rəğbətini, dəstəyini qazandırdı. Beləcə, görülən işlər Heydər Əliyev Fondunu Azərbaycanın milli dövlətçilik tarixinə ən parlaq faktlardan biri kimi daxil etdi. İnsanların şüurunda Mehriban Əliyeva fenomenini formalaşdırdı.

Heydər Əliyev Fondu əsas fəaliyyət istiqamətlərindən biri kimi ilk olaraq təhsil sferasını seçdi. Fondun fəaliyyətinin ilk mərhələsindən bu istiqamətdə görülən işlər sırasında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət kəsb edir. 2006- ildə proqramın ikinci mərhələsinə başlanıldı. Bu mərhələyə Bakıətrafı qəsəbələrdə yerləşən məktəblər daxil idi. Proqrama əsasən istər paytaxtda, istərsə bölgələrdə müasir tələblərə cavab verən məktəblər tikildi.

Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə dəstək" layihəsi xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqlarla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı Fondun bu yöndə həyata keçirilən fəaliyyətinin ayrı-ayrı şaxələridir.

Heydər Əliyev Fondunun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biri "Uşaq evləri internat məktəblərinin inkişafı" proqramıdır. Proqram çərçivəsində uşaq evləri internatların demək olar ki, hamısı əsaslı təmir olundu, texniki təchizatı yaxşılaşdırıldı.

Azərbaycan mədəniyyəti incilərinin qorunması təbliğini başlıca prioritet kimi müəyyənləşdirən Fond milli mədəniyyətimizin dünyaya təqdimat forması kimi muğamı seçmiş, onun dünyada tanıdılması istiqamətində aparmışdır.

Fondun ümdə məqsədlərindən biri ulu öndərimizin zəngin irsinin, Vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliğatı, yeni nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin uşaq yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr həyata keçirilir. Gənclərin məşğulluğu da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə ölkəmizdə reallaşdırılan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında onların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oyanır.

Fond fəaliyyətə başladığı ilk gündən mədəniyyət abidələrinin bərpası yenidən qurulması istiqamətində uğurla aparır. Özü bu işi ölkədən kənarda da həyata keçirir. Məsələn, 2006- ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətləri - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması xiyabanın yaradılması, 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2012-ci ildə Romanın Villa Borgeze parkında N.Gəncəvinin abidəsinin ucaldılması, İkinci Dünya müharibəsi zamanı yanmış dağıdılmış Berlin qəsrinin, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu M.F.Axundzadənin abidəsinin ucaldılması s. buna nümunədir.

Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

Heydər Əliyev Fondu Azərbaycana doğma, yaxın olan ölkələrdə baş vermiş təbii fəlakətlər zamanı da humanistlik mövqeyindən çıxış edir. Pakistanın Müzəfərəddin şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılan təhsil ocağının yerində yeni orta məktəb binası da belə layihələrdəndir.

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardım göstərilməsi məqsədilə Fondun əməkdaşları tam səfərbər oldular. Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi ilə reallaşdırılan yardım kampaniyası, Fondun bu istiqamətdəki fəaliyyəti qardaş dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci xanım Əminə Ərdoğan tərəfindən yüksək qiymətləndirildi.

İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, dağıdılmış tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində Heydər Əliyev Fondu Böyük Qayıdışın tezliklə reallaşmasına töhfələr verir. Fond tərəfindən tikilən məktəblərdə çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən ucalan azan səsi o yerlərə qayıdan həyatın rəmzi kimi səslənir.

Gələn il Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur. İnanırıq ki, bundan sonra da Fond ulu öndərin ideyalarına əsaslanaraq öz fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq s. kimi mənəvi dəyərləri uca tutacaq, çünki Mehriban xanımın dediyi kimi: "Yalnız bu yolla ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar".              

Zümrüd QURBANQIZI,

Respublika”.