Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu
Digər xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu "Skytrax" mükafatına layiq görülüb

AZAL Heydər Əliyev Beynəlxalq Aeroportu ən nüfuzlu sənaye mükafatlarından biri olan "Skytrax World Airport Awards 2023" mükafatının iki nominasiyasında qalib gəlib. Mükafatlandırma mərasimi martın 15- Amsterdamda EXPO sərnişin terminalında baş tutub.

Bakı hava limanı "World Airport Awards 2023" mükafatına görə "Mərkəzi Asiya/MDB üzrə ən yaxşı regional hava limanı" kimi tanınıb. Həmçinin ardıcıl olaraq ikinci dəfə "Mərkəzi Asiya MDB üzrə ən yaxşı hava limanı heyəti" nominasiyasında qalib olub.

"Bu gün nüfuzlu "Skytrax" mükafatının iki nominasiyasında qalib gələrək yüksək statusunu növbəti dəfə təsdiqləyən hava limanımızla bir daha qürur duyuruq. Bu, hamımız üçün böyük şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqəti daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edir beynəlxalq aləmdə yeni böyük nailiyyətlər əldə edir. Bakı aeroportu bundan sonra da bütün dünya standartlarına cavab verən yüksəkkeyfiyyətli xidmətlər göstərməyə davam edəcək", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

"World Airport Awards" dünya hava limanı sənayesində ən nüfuzlu mükafatdır. Tədqiqat hava limanında sərnişinlərə xidmət keyfiyyətini əsas göstəricilərin - qeydiyyat, gəliş, tranzit, alış-veriş, təhlükəsizlik, qapıda pasport nəzarətinin səmərəliliyini qiymətləndirir.

Bakı aeroportu Azərbaycan aviaşirkətləri üçün baza hava limanıdır, sərnişinlərə aviaşirkətlərə dünyanın ən ciddi tələb standartlarına cavab verən xidmət göstərmək üçün tam infrastruktura malikdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti.