HEYDƏR ƏLİYEV – BƏNZƏRSİZ ŞƏXSİYYƏT
Elm və təhsil

HEYDƏR ƏLİYEV – BƏNZƏRSİZ ŞƏXSİYYƏT

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili elan edilmişdir. Bu münasibətilə Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyə-İqtisad Kollecində “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə  Kollecin kollektivi  və tələbələri iştirak etmişlər. Tədbiri Kollecin  direktoru, dosent, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov açdı. O, Ulu Öndərin keçdiyi şərəfli, müqəddəs həyat yolundan danışdı.

Bildirdi ki, “Ulu Öndər rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Müstəqilliyin ilk illərində məlum səbəblərdən  bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətmizin dünya miqyasında tanıdılmasında ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Kollecin tərbiyə işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Murad Muradov Heydər Əliyevin ölməz liderin tarixi siyasətindən danışdı, Kollecin “Mühasibat və bank” şöbəsinin müdiri Mehriban Aslanova,  dil-ədəbiyyat müəllimləri: Ayqün Alıyeva və Ayqün Xəlilova da  çıxışlarından bir ideya hasil olurdu:  “ÖLkəmiz Ümumilli lider Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan və verdiyi bütün vədləri yerinə  yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə  sadiq qalacaq, heç vaxt bu yoldan  dönməyəcəyəm! Umumilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateqiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən  ölkə başçısı cənab İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır”.

                                         Aybəniz QULİYEVA,

Filoloq, dilçi.