Heydər Əliyev Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi
Region

Heydər Əliyev Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarı önünə gül dəstələri düzüblər. Sonra ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib abidənin önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı Rayon təşkilatının sədri Tural Qasımlı qeyd edib ki, partiyanın yaradılmasından ötən 30 illik zaman dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi cəhətdən zəngin bir dövrdür. O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbayan Partiyasının İdarə Heyyətinin üzvü Asif Əsgərli və başqaları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması və ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

M.QULUYEV,

“Respublika”.