Heydər Əliyev adına Heydər məscidi
Siyasət

Heydər Əliyev adına Heydər məscidi

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızdaHeydər məscidihaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Bakının Binəqədi rayonunda inşa olunan möhtəşəm Heydər məscidinin 2014- il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olmasının daha bir ifadəsidir. Qafqazın ən böyük məscidi - Heydər məscidi öz əzəməti gözəlliyi ilə seçilir. 12 min kvadratmetr sahədə inşa olunan məscidin zəngin ornamentlərlə bəzədilən fasadı Şirvan-Abşeron memarlıq üslubunda divarların hamar səthi xüsusi üzlük daşlarla işlənib, pəncərələrin bəzəkli şəbəkəsi, pəncərəyarıqlar binaya bənzərsiz ifadəlilik verir. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına "Quran" ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən, hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir çox cəhətdən əlamətdardır açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev yeni məscidin istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb: "Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə qədər sadiq olduğumuzu göstərir".

Respublikamız hələ sovet dövründə - ötən əsrin 70-80-ci illərində böyük inkişaf yolu keçib. Azərbaycana rəhbərlik etdiyi illərdə xalqına möhkəm tellərlə bağlı olan daim respublikamızın gələcəyini düşünən Ümummilli lider  xalqımızın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına daha da zənginləşdirilməsinə böyük həssaslıqla yanaşırdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Bütün bunlar Ümummilli liderimizin həyatı boyu müqəddəs dinimizə sıx bağlı olduğunu təsdiqləyir. Azərbaycanda ən böyük məscidə Ulu öndər Heydər Əliyevin adının verilməsi zamanında milli-mənəvi-dini dəyərlərimizin qorunmasında zənginləşməsində əvəzsiz rol oynamış Ümummilli liderin əziz xatirəsinə xalqımızın dərin ehtiramının ifadəsidir. Prezident İlham Əliyev məscidin açılışı mərasimindəki çıxışında vurğuladığı kimi: "Bu məscid Ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir".

Respublika”.