Hərbi üstünlük, peşəkarlıq, döyüş əzmi
Digər xəbərlər

Hərbi üstünlük, peşəkarlıq, döyüş əzmi

Azərbaycan Silahlı Qüvvələrinin hərbi üstünlüyünü, peşəkarlığını, döyüş ruhunu, Vətən məhəbbətini, bayraq sevgisini Vətən müharibəsində düşmənlər də gördü, dostlar da. Şanlı qələbədən sonra Ermənistan hakimiyyəti 10 noyabr Bəyanatını imzalasa da, xislətində olan xainlik, hiyləgərlik onların hər bir hərəkətində açıq-aydın görünürdü. Ağır şəkildə məğlub olan Ermənistan başı kəsilmiş toyuq kimi çabalayır, ağalarının qarşısında utanıb qızarmadan quyruq bulayır, min sifətə düşür, saxta göz yaşları tökürdü. Zamanın sərt sınaqları göstərib ki, ermənilərin örkəninin üstünə odun yığmaq olmaz, onların kəndiri ilə quyuya düşmək olmaz, çünki onların zatı qırıqdır, xain və xofludurlar. Erməni sözünə, erməni vədinə inanmaq olmaz, çünki onlar heç vaxt öz sözlərini danışmır, ağaları nə desə onu tutuquşu kimi təkrar edirlər. Əsrlərdir ki, "Miatsum" xəstəliyinə tutulan, ötüb keçən illər ərzində özgə boşqabının dibini yalayan, qorxaq, hiyləgər, namərd, yaltaq erməniliyin başqa adı yoxdur. İyirmi birinci əsrin faşizmi Ermənistandır, terrorçu dövlətdir, körpə qatilidir, həyasız və idbar bir mahiyyətdir. Şanlı Vətən müharibəsində başı əzilən, döyüş səngərlərindən tülkü kimi qaçan, yüzlərlə ölüsündən, xəstə qocasından belə imtina edən, hər gün yalan ifraz edən, kirli və qorxaq ermənilik indi ağalarının qarşısında göz yaşı tökür, ağlayır, məzlum görkəm alır, imdad diləyir. Bu əsl erməni simasızlığıdır, faşist təfəkkürüdür, qaniçən, vəhşi bir toplumun nə qədər təhlükəli bir virus olduğundan xəbər verir.

 

Ermənidən bundan artıq nə gözləmək olar?! Öz imzasına belə hörmət qoymayan Paşinyanın iki stulda oturmaq cəhdləri ona hesablanıb ki, Azərbaycanla sülh sazişi imzalanmasın, sərhədlər müəyyən edilməsin, Zəngəzur dəhlizi açılmasın, həmişə olduğu kimi hiyləgərliklə vaxt qazansın. Məhz sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədində törətdiyi genişmiqyaslı təxribat üzdə gülüb, arxada quyu qazan fitnəkarın ən alçaq və şərəfsiz əməlidir. Sözsüz ki, təxribatçılar öz layiqli cəzalarını aldılar, ermənilərin sərhədimizə yaxın olan bütün hərbi infrastrukturu və texnikaları, ilkin məlumata görə 200 nəfərə yaxın canlı qüvvəsi məhv edildi. Təxribatçıların hücumunun qarşısı alınarkən müzəffər silahlı qüvvələrimizin 50 nəfər əsgər və zabiti qəhrəmanlıqla həlak oldu, şəhidlik zirvəsinə ucaldı.

Görünən budur ki, gerçəkliyi gözə almayan erməni "ideoloq"ları yenidən öz xalqını müharibəyə səsləyir, azərbaycanlılara qarşı "sərt, ardıcıl, ağıllı və birgə iş" aparmağı söyləyirlər. Bu qədər həyasızlıq, idbarlıq olmaz, bu çirkli, yaramaz fikirləri dilə gətirən uduzan və məğlub edilən ermənidir. Bunların kilsəsi də, diasporu da, lobbiləri də, toplumun böyük əksəriyyəti də dünyanın bətnində bir yaradır, müalicəsi hələ tapılmayıb. Bu iyrənc yaranın bir hissəsini şanlı Azərbaycan ordusu məhv etdi, ancaq onların hələ də daha ciddi "müalicə"yə ehtiyacları var. Erməni qonşuluğa, birgəyaşayışa, tolerantlığa, dostluğa yaramır, zaman bunu dəfələrlə sübut edib.

Hələ 2020-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza müraciət edəndə Ermənistana və onun havadarlarına açıq və sərt şəkildə bildirdi ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara. Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir!... Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Ancaq ermənilər adıçəkilən rayonları dağıdaraq, yandıraraq oranı tərk etdilər. Bəyanatda, həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi də elan edilib. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiyaya məcbur etdi.

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. İki il bundan əvvəl olduğu kimi, ordu bölmələrimiz düşmənə layiqli cavab verib. Əməliyyatların başlanmasından bir neçə saat sonra Müdafiə Nazirliyinin açıqlamasında deyilir:

- Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var.

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Ölkə başçısı Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığını bildirərək yaranmış gərginliyin məsuliyyətinin tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Təbii ki, Ermənistanın xain planının arxasında məkrli niyyət dayanır. Zənnimizcə, baş verənlərə görə Ermənistandan daha çox, ona havadarlıq edənlər məsuliyyət daşıyır. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadakı erməni diaspor təşkilatlarının nümayəndələri ilə Vladivostokda görüşəndə bir sıra yeni bəyanatlar verdi ki, bu da sülh prosesini pozmaq cəhdi idi. Həmin görüşdə Paşinyan bildirdi ki, onlar (Azərbaycan) deyirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi isə Bakının mövqeyi ilə üst-üstə düşmür.

Hər şey ortadadır, əlavə şərhə ehtiyac qalmır... Ancaq unudurlar ki, Azərbaycan daha 1990-cı illərdəki Azərbaycan deyil, bu ölkə qüdrətli, güclü bir məmləkətdir, müasir hərbi texnologiyalara malik, vətənpərvər ordusu var.

Qardaş Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz sərhəddə baş verən təxribatlar haqqında danışarkən bildirib ki, Ermənistanın digər məqsədləri Azərbaycanı təcrid etmək, onu beynəlxalq hüquqda müharibə cinayəti törədirmiş kimi təqdim etmək, dünyanın diqqətini bu bölgəyə çəkərək burada qan, şiddət, göz yaşı var təəssüratı yaratmaq, Azərbaycanın azad olunan ərazilərlə bağlı həyata keçirdiyi sosial inkişafa və Böyük Qayıdışa mane olmaqdır. Siyasi baxımdan çökmüş Ermənistan dövlətinin daxili böhranlarından nəzəri yayındırmaq və Xankəndidə yaşayan ermənilərin biz Azərbaycan vətəndaşı olmaq və Azərbaycan bayrağı altında yaşamaq istəyirik düşüncələrini dağıtmaqdır. Lakin Ermənistan məqsədinə çata bilmədi. Ağır itkilər verdi, silah-sursat və təchizat itkisi, canlı qüvvə itkisi rəsmi məlumatlardan da çoxdur. Nikol Paşinyanın Vladimir Putinə, Emmanuel Makrona zəngi, Avropa Birliyi və ABŞ-a Azərbaycandan şikayət etməsi bunun planlı bir fəaliyyət olduğunu göstərir. Hər zaman olduğu kimi, oyun quran Ermənistan özü tələyə düşdü.

Sərhəddə baş verən erməni təxribatı zamanı igidlik və şücaət nümayiş etdirərək həlak olan oğullarımızın intiqamı düşməndən artıqlamasilə alındı.

Salman ALIOĞLU,

"Respublika".