Hərbi Prokurorluqda ermənilərin növbəti təxribatı ilə əlaqədar cinayət işi açılıb
Digər xəbərlər

Hərbi Prokurorluqda ermənilərin növbəti təxribatı ilə əlaqədar cinayət işi açılıb

Aprelin 11- Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) digər maddələri ilə cinayət işi başlanılıb.

"Hazırda istintaq davam etdirilir qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - məlumatda qeyd edilib.

Respublika”.