Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib
Mədəniyyət

Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib

Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə birinci Beynəlxalq Orkestrlər Festivalı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestrinin 30 nəfərlik nümayəndə heyəti təmsil edib.

Müxtəlif ölkələrdən qatılan orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Hərbi orkestrlərin çıxışları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC