Hərbi hissələrdə şəxsi heyətin hüquqi bilikləri artırılır
Digər xəbərlər

Hərbi hissələrdə şəxsi heyətin hüquqi bilikləri artırılır

Hərbi Prokurorluq işçiləri hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Şöhrət Qəhrəmanov birgə tədbirlər planlarına əsasən Müdafiə Nazirliyinin və Daxili Qoşunların N saylı hərbi hissələrində hərbi qulluqçularla görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanıb.

Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən, eləcə də bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından və Silahlı Qüvvələrin qüdrətindən bəhs edilib.

Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını hərbçilərə çatdıran Firad Əliyev və Şöhrət Qəhrəmanov şəxsi heyətin hüquqi biliklərinin daha da artırılması məqsədilə hərbi qulluqçular qarşısında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb, eyni zamanda, şəxsi heyətin qayğı və problemləri ilə maraqlanıblar. Hərbi Prokurorluq işçiləri tərəfindən mütəmadi olaraq həyata keçirilən bu kimi görüşlər davam etdirilir.       

Ülvi QARAYEV,

“Respublika”.