Hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir
Digər xəbərlər

Hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir

Müstəqilliyimizin bərpasından 32 il ötür. Bu illər ərzində Azərbaycan özünə çoxlu dost qazanıb. Dost ölkələr arasında Türkiyənin öz yeri var. Qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq möhkəmləndirilib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə biri digərinin yanında olub. "Bir millət, iki dövlət" şüarı ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimiz inkişaf edib, daha da irəliləyərək güclənib.

Bu gün Azərbaycan-Türkiyə birliyi özünün ən yüksək zirvəsindədir. İkitərəfli münasibətlər hər iki ölkənin prezidentləri tərəfindən uğurla davam etdirilir. Birgə hərbi təlimlərin keçirilməsi isə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir.

Dövlət başçıları İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hərbi qurumlar arasında hər il imzalanan ikitərəfli fəaliyyət planına əsasən Quru Qoşunları, Hərbi Hava Qüvvələri digər qoşun növlərinin birgə keçirdiyi döyüş atışlı hərbi təlimlər, yüksək səviyyəli hərbi nümayəndələrin qarşılıqlı səfərləri, o cümlədən hərbi, hərbi təhsil hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi mərhələli şəkildə həyata keçirilir. Davamlı olaraq keçirilən birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları bölmələri yüksək peşəkarlıq göstərir, birgə fəaliyyətin planlaşdırılmasında icrasında qərargah bölmələrin şəxsi heyətləri təcrübələrini artırır, milli maraqlardan irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirirlər.

Ötən ilin sonlarında keçirilən "Qardaş yumruğu" birgə hərbi təlimlər Azərbaycan-Türkiyə birliyinin strateji müttəfiqliyinin simvoluna çevrildi.

"Bu təlimlərin adı "Qardaş yumruğu"dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!". Bunu "Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Prezidenti İlham Əliyev telefon zəngi ilə şəxsi heyəti təbrik edərkən bildirib. Azərbaycan Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimləri Şuşa Bəyannaməsinin şərtlərini özündə ehtiva edir. Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim cənub sərhədləri boyu əraziləri əhatə edib. Təlimlər Azərbaycan Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sənədlərə əsasən təşkil olunur. Qardaş ölkənin "F-16" hərbi təyyarələrinin səmamızda dövr etməsi qürurverici anlar yaşadıb. "Türkiyə Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz" sözlərilə birgə hərbi təlimin iştirakçılarına müraciət edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini həmrəyliyimizi təsdiqləyən amil kimi dəyərləndirib.

Türkiyənin Sənaye Texnologiya Nazirliyinin, eləcə Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiyə Texnoloji Takımı" Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən keçirilən "TEKNOFEST" 2022-ci ilin may ayında Bakıda nümayiş olundu. Festival çərçivəsində Azərbaycan Türkiyə şahinləri Bakı səmasında möhtəşəm aviaşou göstərdilər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər qardaş Türkiyənin "Solo Türk", "Türk Ulduzları", "Hürkuş" aerobatika komandaları, "ATAK" helikopterləri "Akıncı" PUA- ilə düşməni lərzəyə salan hava şousu təqdim ediblər.

Azərbaycan Türkiyənin ortaq hərbi gücü bölgədə sülh sabitliyin qorunmasının qarantıdır. İki qardaş ölkənin uzun illərdən bəri davam edən birgə təlimləri 44 günlük Vətən müharibəsində işğalçıya dərs, onun havadarlarına gözdağı oldu. Birgə maraq mənafelərimizin qorunması üçün ölkələrimiz arasında hərbi əməkdaşlıq bu gün davam etməkdədir.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin Qars şəhərində Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin iştirakı ilə keçirilən "Qış təlimi-2023" "Yüksək Səviyyəli Müşahidəçi Günü" Türk ordusunun səviyyəsini nümayiş etdirərək uğurla başa çatdı. Təlimlərin çətin şəraitdə keçirilməsi isə Türk ordusunun hər bir şəraitdə döyüşə necə hazır olduğunu göstərdi.

Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Ötən illərdə keçirilən birgə hərbi təlimlər göstərir ki, bizim gücümüz birliyimizdədir.

Nurəngiz ADİLQIZI,

"Respublika".