Hərbi attaşelər işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb
Digər xəbərlər

Hərbi attaşelər işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb

Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

Qonaqlar, həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.