Hərbçilərimizin “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir
Digər xəbərlər

Hərbçilərimizin “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə artilleriyaçılarımızın hazırlıqları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatma mərasimində iştirak edən artilleriyaçılarımız əvvəlcə təhlükəsizlik qaydaları, müsabiqənin xüsusiyyətləri, mərhələlər üzrə şərtlər, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.

Müsabiqədə istifadə ediləcək silah və döyüş texnikasına baxış keçirildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarını məşq etməyə başlayıblar.

Hazırlıq prosesi yekunlaşdıqdan sonra komandamız minaatanlardan sınaq atışları yerinə yetiriblər.

Sentyabrın 2-dək davam edəcək müsabiqədə 10 ölkənin artilleriyaçıları yarışacaqlar.

AZƏRTAC