Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Digər xəbərlər

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Moskvada keçirilən “Tank biatlonu” müsabiqəsində mübarizəyə başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.

AZƏRTAC