Heç kim bizim iradəmizə təsir edə bilməz
Siyasət

Heç kim bizim iradəmizə təsir edə bilməz

Ordumuz yüksək peşəkarlıqla terrorçuların havadarlarının bütün ümidlərini puç etdi

Son günlər regionda Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən mürəkkəb geosiyasi proseslər bu həssas dönəmlərdə aramsız təxribatların sayını da artırmaqdadır. Ermənistanın açıq terror siyasəti, Rusiya İranın pərdəarxası çirkin oyunları, eləcə Avropa Birliyinin bəzi ölkələrinin, xüsusilə Fransanın bölgədə gərginliyi artırmaq sülh sazişinin imzalanmasını pozmaq cəhdləri davam edir.

"Laçın rayonunun tarixçəsi əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir". Bu barədə Prezident İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin olunmuş xüsusi nümayəndəsini qəbul edərkən bildirib.

Ölkə başçısı qeyd edib ki, Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra orada da rahat yaşamalıdırlar Azərbaycan dövləti bunu təmin edəcək.

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarından qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat təchizatını həyata keçirmək üçün istifadə olunduğu qeydə alınırdı. Martın 24- növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə öhdəliklərinin əksinə olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulmasıdır.

Azərbaycan Rusiya sülhməramlılarına çoxsaylı müraciətlər etsə , ermənilərin qeyri-qanuni əməlləri davam edirdi. Təbii ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat canlı qüvvə daşımasına göz yummaq niyyətində deyildi bu haqda dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edilmişdi. Bundan əlavə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Buna görə Azərbaycan separatçılara qarşı özü hərəkətə keçdi ermənilərin bütün silah daşınan yolları nəzarətə götürüldü. Laçın dəhlizindən dolayı gizli dağ-dərə yolları üzərində tam nəzarəti təmin edən Milli Ordumuz terrorçuların havadarların bütün ümidlərini puç etdi. Hərbi əməliyyat ordumuz tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Nəticədə  Azərbaycan Ordusu tərəfindən Laçın rayonunun Cağazur Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas yardımçı yolları, eləcə sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Hətta erməni mediası belə əməliyyatı ordumuzun yüksək peşəkarlıqla reallaşdırdığını etiraf edib.

Onu da qeyd edək ki, Ermənistan tərəfinin hərbi təxribatları bədnam qonşumuzun rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan prezidenti, baş naziri xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ əl çəkmədiyinin bariz nümunəsidir. Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə bölgədə sülh sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərir. Görünən odur ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılması zəruridir.

Dövlət başçımız vurğulayıb: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq olacağıq".

 

Mustafa KAMAL,

"Respublika".