Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 700 minə yaxındır  
Səhiyyə

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 700 minə yaxındır  

İyunun 9-da  Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı  38 min 466 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 394, ikinci mərhələ üzrə peyvənd olunanların sayı  5 min 72 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 624 min 876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon  679 min 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 min 428 nəfərdir.

AZƏRTAC