Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 500 mini keçib
Səhiyyə

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 500 mini keçib

İyunun 5- Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 47 min 366 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5735 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 513 min 85-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 581 min 890, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 931 min 195 nəfərdir.

AZƏRTAC