Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 3 milyondan çox vaksin vurulub
Səhiyyə

Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 3 milyondan çox vaksin vurulub

İyunun 22-də  Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı  42 min 843 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22 min 284, ikinci mərhələ üzrə peyvənd olunanların sayı  isə 20 min 559  nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon  32 min 516-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 971 min 930, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 60 min 586 nəfərdir.

AZƏRTAC