Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
Səhiyyə

Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb

İyunun 18-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 38 min 76 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 302 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 915 min 954-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 908 min 805, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 7 min 149 nəfərdir.

AZƏRTAC