Hayların yeni avantüraları
Siyasət

Hayların yeni avantüraları

Ermənistana bəzi ölkələrin havadarlıq etməsi revanşist qüvvələri ümidləndirir

Azərbaycan Ermənistan arasında yaranan münaqişəyə ədalət prizmasından baxa bilməyən ölkələr bu qarşıdurmada erməniləri dəstəkləməklə sülh prosesinin gedişinə böyük zərbə vururlar. Onlar Ermənistanın daxilində hələ qalan revanşist qüvvələrə  müəyyən qədər dəstək verirlər ki, yenidən regionda güc balansını dəyişə bilsinlər. Xüsusilə, Fransa, İran, Hindistan İrəvanı silahlandıran ölkələrin önündə gəlir.

Fransa Qarabağın işğalı dövründə, ermənilərin bu ərazilərdə möhkəmlənməsi üçün mühəndis-istehkam qurğuları inşa edir, ola biləcək müharibədə ermənilərin müdafiə xəttini gücləndirirdi. 30 il buna böyük səy göstərən ölkələrin 44 gündə ümidlərinin puç olması onları böyük xəyal qırıqlığına uğratmasına rəğmən yenidən ənənəvi olaraq münaqişəni davam etdirmək istəyirlər. Azərbaycan-Ermənistan şərti sərhədində sülhməramlı kontingentin yerləşdiyi ərazilərdə zaman-zaman silahlı toqquşmalar olarkən ermənipərəst dövlətlərin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi onları yeni avantüraya həvəsləndirir. Əslində, Ermənistan rəsmiləri dərindən düşünsələr görərlər ki, müstəqil olduğu dövrdən bu günə qədər öz xalqına verdikləri ən böyük töhfə ölkəmizlə danışıqlar masasında  oturmağa razılaşması olacaq. Çünki Azərbaycan 90- illərdən fərqli olaraq bu gün çox güclü orduya sahibdir hərbi arsenalı müasir silah sursatlarla təmin olunmuşdur. Dövlətin Azərbaycan Ordusuna diqqəti əsas prioritet sahədir. 2016 2020-ci illərdə miqyasına görə atəşkəsdən sonra əvvəlkilərə nisbətən daha böyük olan toqquşmalarda silahlı qüvvələrin itkisi baxımından Ermənistan hər zaman məğlub olub. Bundan əlavə, müharibənin heç bir dövlətə xalqa xeyri olmadığı kimi, həmin ölkənin iqtisadiyyatını da geridə saxlayır. Bu amil İrəvan rəsmilərini ciddi düşündürməlidir. Onsuz da az sayda ölkə ilə sərhəd olan dövlətin regionun iki aparıcı qonşusu ilə əlaqələrinin olmaması inkişafının qarşısını alan ən böyük əngəldir.

Xarici ianələrlə iqtisadiyyatını ayaqda saxlamağa çalışan dövlət rəsmiləri bunun qarşılığı olaraq iri qüvvələrin maraqlarına xidmət edir. Ermənistan qədər məsələləri manipulyasiya etsə Azərbaycanın ərazi bütövlüyünü tanımaq ona təklif olunan 5 baza prinsipindən ibarət sülh çağırışlarına  əməl etməkdən başqa çıxış yolu yoxdur yaxşı olardı ki, Fransa, İran, Hindistan başda olmaqla bəzi ölkələr Cənubi Qafqazın daimi təhlükəsiz, demokratik sülhsevər region olması yönündə neytral mövqedə olsunlar. Revanşizmlə bağlı verilən dəstək yalanlar Ermənistan cəmiyyəti tərəfindən rədd edilməlidir ki, törədiləcək hər hansı bir təxribat bu ölkənin özü üçün təhlükəlidir. Bu cür ziyanlı iddialar prosesi daha da ağırlaşdırmaqla yanaşı, son nəticədə erməni xalqının fəlakətinə səbəb olacaq. Buna misal olaraq, 2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatda yüzlərlə əsgər zabiti məhv edilmişdi. Bütün bu olanlar təbiidir. vaxta qədər ki, iki qonşu ölkə arasında beynəlxalq hüququ özündə ehtiva edən Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsi imzalanmayıb, müharibə riski hər zaman aktual olaraq qalacaq.

Ermənistana ən ciddi dəstək verən ölkələrdən birinin İran olması müsəlman cəmiyyət olaraq Azərbaycanda ciddi narahatçılıq doğuran məsələlərdəndir. İran işğalçı ölkəyə "Dehlaviyyə" zirehli raketləri, "Top Attack Almas" raketləri, bir neçə döyüş, kəşfiyyat kamikadze pilotsuz uçuş aparatları hədiyyə olaraq verir Qarabağa diversantlar göndərməklə məşğul olur. Belə hallar isə İrəvanda yeni qalibiyyət ümidləri yarada bilər...

Musa BAĞIRLI,

"Respublika".