Hayların tükənməyən mənfur xisləti
Digər xəbərlər

Hayların tükənməyən mənfur xisləti

İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan Ermənistan arasında atəşkəs razılaşması ilə sona çatdı. Lakin üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq, Ermənistanın bölgədə terror aktları davam edir. Regionda işğal zamanı mina basdırılmış ərazilərin xəritələrini vermir bu minalar dinc əhalinin həyatı üçün təhlükə yaradır. Əlbəttə, son hadisələr onu göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi, mina xəritələrinin verilməsində süni əngəllər yaradır. Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərməyən Qərbi Azərbaycan torpaqlarında özünə dövlət yaratmış qonşumuz beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir.

Ermənistanın Qarabağ bölgəsində minalanma aksiyalarının nəticələri kifayət qədər ağrılıdır. Müharibədən sonra belə minaların partlaması nəticəsində çoxlu sayda mülki şəxs həlak olub ya ağır yaralanıb. Bundan əlavə, minalar kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb ərazidəki heyvanların otlaq sahələrinə ziyan vurub. Əlbəttə, Ermənistanın hərəkətləri beynəlxalq humanitar hüququn əsas prinsiplərinə ziddir. Minalar mülki əhali üçün təhlükə yaradır hətta müharibədən sonrakı dövrdə təhlükə olaraq qalır.

Ona görə Ermənistanın regionda bu kimi fəaliyyətinə son qoyulması minaların təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin müdaxiləsi tələb olunur. Bundan əlavə, bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyi üçün lazımi tədbirlər görülməli minaların təsirini azaltmaq üçün humanitar yardım tədbirləri həyata keçirilməlidir. Həmçinin onu da qeyd edək ki, Ermənistanın Qarabağ bölgəsində həyata keçirdiyi mina terroru regionda əmin-amanlığa xələl gətirir.

Lakin Ermənistanın bu fəaliyyətini dayandırmaq, mina digər partlayıcı qurğuları təmizləmək üçün lazımi addımlar atılmadıqca Qarabağ bölgəsində vətəndaş cəmiyyətinin təhlükəsizliyi sual altında qalacaq. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının yenidən başlanması da vacibdir. Bu danışıqlar nəticəsində bölgədəki minaların çıxarılması mülki əhalinin təhlükəsizliyi üçün lazımi addımların atılması ilə bağlı razılaşmalar əldə oluna bilər. Lakin erməni tərəfinin bu baxımdan yürütdüyü siyasətin məqsədi hələ aydın deyil. Ölkə başçımızın bu mövqedən çıxış edən təşkilatların sülh çağırışlarına baxmayaraq, hayastan danışıqlara gəlmir.

Ermənistanın Qarabağ bölgəsində minalama aksiyaları uzun müddətdir ki, davam edir. Tarixi qələbəmizdən bu yana Azərbaycan tərəfi dəfələrlə mina xəritələrini tələb etməsinə baxmayaraq, Paşinyan hakimiyyəti durmadan süni xəritələr verməyə Azərbaycan tərəfini çaşdırmağa çalışır. Ermənistanın Qarabağ bölgəsində basdırdığı minalar can almaqdadır. 1991-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişələrin kəskinləşməsi Ermənistanın doğma torpaqlarımızı işğal etməsi ilə ərazidə Ermənistan ordusu minalar basdırmağa başlayıb bu, hələ davam edir.

Son bir ildə bədnam qonşumuzun minalanmış ərazinin dəqiq xəritələrini verməməsi onlarla mülki şəxsin, əsgərimizin vəfat etməsinə ciddi xəsarət alaraq yaralanmasına səbəb olub. 2022-ci il 30 sentyabrda Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində Əsədov Amid Quluzadə Çərkəz həlak olub. Üstündən bir gün keçməmiş mənfur düşmənin xisləti yenə öz işini gördü. Oktyabrın 1- Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş "Üçüncü sovxoz" adlı ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində Cabbarov Nicat Novruz Bayramov Rəfail ağır xəsarət alıb. Bundan sonra da Azərbaycan tərəfinin israrlarına baxmayaraq, Paşinyan hakimiyyəti xəritələri tam təqdim etməyib. Həmçinin onlar bildirib ki, verilən xəritələrdə heç bir sünilik yoxdur, hər biri düzgündür. Lakin bu açıqlamaların yalan olması məlum məsələdir. Elə bunun nəticəsidir ki, növbəti gün oktyabrın 2- Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı nəticəsində Sabirabad rayon sakini Kərimzadə Rasim xəsarət alıb. Bölgədə mina təmizləmə işləri hələ davam edir. ANAMA bu günə qədər minlərlə minanı zərərsizləşdirib. Lakin vandal düşmən təkcə bilinən yerlərə yox, həm təsadüfi yerlərdə mina basdırdıqları üçün bu gün hələ mülki hərbi vətəndaşlarımız həmin minalara düşür. Bunun nəticəsidir ki, aprelin 28- Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub. Bununla da Vətən müharibəsindən bu günə qədər ümumilikdə, 298 nəfər mina qurbanı olub, 54 nəfər isə həyatını itirib.

Beləliklə, Ermənistan bölgədə təşviş yaratmaq istəyir. Üçtərəfli Bəyanatın 6- bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə regionda narahatlıq yaradaraq həmin ərazilərə həmyerlilərimizin köçməsinin qarşısını almaq yenidən müharibə etməkdir. Lakin rəşadətli Azərbaycan ordusu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu, əsla mümkün olmayacaq bir xülya olaraq da qalacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".