Hayların terror əməllərinin lazımi cavabı verilir
Digər xəbərlər

Hayların terror əməllərinin lazımi cavabı verilir

Haqqın nahaqla, xeyrin şərlə mübarizə apardığı bir məqamda Azərbaycan öz haqq savaşında Qələbə qazandı. Ermənistanın havadarlarının köməyi ilə 30 il əvvəl işğal etdiyi torpaqlarımızı azad etdi. Bizə dost, qardaş deyən bir çox dövlətlər Qələbəmizə sevindi, uğurumuzu  dəstəklədi. Pərdə arxasında gizli planlar cızanbununla da öz cılızlığını bir daha nümayiş etdirən ölkələrin isə qısqanclığı daha da artdı. Hökmranlıq, ağalıq həvəsləri baş qaldırdı. Yalançı erməni sevgisinə tutuldular. Sual olunur: 30 ildə bu dövlətlər harada idi? Azərbaycanın 20 faiz torpağı işğal altında olanda, 1 milyon vətəndaşı məcburi köçkün düşəndə, Qərbi Azərbaycan elləri erməni terrorunun qurbanı olub yurd-yuvalarından didərgin salınanda, insanlığın vəhşi topluma çevrilib Xocalı faciəsini törətdiyi zamanlarda dünyanın böyük dövlətləri ilə məşğul idiAxı, saysız-hesabsız vəhşilikləri ermənilər törədib. Özü azərbaycanlılara qarşı, elə Azərbaycanın özündə. Dünyanın ədalət axtaran dövlətləri ermənilərin törətdiyi bu hadisələrin harasında görürlər ədaləti?

Maraqlıdır, Azərbaycanın uğuruna sevinməyən, gözü götürməyən Avropa ölkələri bu qədər uzaq məsafədən niyə bizə müdaxilə etməyə cəhd edirlər? yaxud da onların erməni sevgisi nədən qaynaqlanır? Əslində, coğrafiyaları, sərhədləri aşaraq Qafqaza "girişmək" istəyən dövlətlərin öz maraqları var. Bütün dövrlərdə Qafqaz qaynar bölgə olub. Ya kimlərinsə hücumuna məruz qalıb, ya da kimlərləsə mübarizə aparıb. Qafqaz həm bütün parametrlərdə olduqca əlverişli sərfəli ərazidir. Ondan yararlanmaq ona sahiblənmək istəyənlər çoxdur. Tarixin səhifələrinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dövrlərdə bu hücumlardan özünü qoruyaraq, sabitliyi saxlamağa çalışıb. Bu gün elədir. Baxmayaraq ki, bütün hallarda ən çox ziyan çəkən ölkədir, ancaq yenə sülhə, barışığa doğru addımlayır. Regionun sabitliyini bərpa etməyə çalışır. Səbir, dözüm nümayiş etdirir.

Ötən 30 ildə Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal altında saxlanılıb, ermənilər bu torpaqlarda ağlasığmaz vəhşiliklər törədiblər. Bölgəni talan etməklə bərabər, həm təbiətini məhv edirdilər, dövlətimiz yenə səbir dözümlə öz iradəsini göstərərək münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin o da həqiqətdir ki, xain xoflu olar. Ermənistan sülh istəmədi. Əzəldən bizə düşmən kəsilən ermənilər öz məqsədlərinə çatmaq uğrunda mübarizə apardılar. Yalançı vədlərə inanıb, bir az da ümidləndilər. Biz isə İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, torpaqlarımızın, ərazilərimizin bütövlüyünü bərpa etdik. Qarabağda yaşayan erməni əsilli vətəndaşları birgəyaşayışa, sülhə, əmin-amanlığa dəvət etdik. Lakin yenə Ermənistan kənardan çalınan havalara oynayaraq Qarabağda gizli planlar həyata keçirməyə başladıFürsət düşən kimi mina basdırılmasını davam etdirdi. Gizli yollarla bölgəyə silah-sursat daşımağa çalışdı. Buna da nail ola bilməyəndə havadarlarının köməyi ilə gizli yollar çəkərək öz xain planlarını həyata keçirməyə çalışdı. Ermənistanın xain əməlləri bu gün davam etməkdədir. Onlar yenə kiminsə boş vədlərinə inanaraq xain planlarını həyata keçirəcəklərinə inanırlar. Lakin anlamırlar ki, vaxtlarını boş yerə itirməkləhəm bölgədəki vəziyyəti daha da gərginləşdirirlər. Son günlər baş verən hadisələr buna bariz nümunədir. Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyət üçün istifadənin, eləcə Ermənistan tərəfindən silah daşınmasının qarşısının alınması baş verə biləcək yeni təxribatlara son qoymaq məqsədilə Azərbaycan Ordusu lazımi tədbirlər həyata keçirmişdir. Aparılan zəruri tədbirlər nəticəsində Kosalar Turşsuya qədər olan bütün alternativ yollar nəzarətə götürülüb. Onu da qeyd edək ki, son zamanların müşahidələri onu göstərir ki, ermənilər nəinki Qarabağa silah daşımaqla məşğul imiş, hətta, ərazidə səngərlər qazaraq, yeni yollar salmağa belə cəhd edirmiş. Azərbaycan Ordusu tərəfindən aparılan operativ əməliyyatlar nəticəsində dolama torpaq yollar tam nəzarətə alınıb. Son aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, Xankəndi-Xəlfəli-Turşsu digər istiqamət üzrə Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti təkmilləşdirmə işləri intensivləşib. Həmçinin adıçəkilən yollardan qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat təchizatını həyata keçirmək üçün istifadə olunub.

Azərbaycan tərəfi dəfələrlə bu kimi hallara son qoymaq məqsədilə Ermənistan tərəfinə çoxsaylı müraciətlər etmişdir. Lakin arsız olduğu qədər xain xislətli Ermənistan heç bir nəticə çıxarmamış, öz əməllərini davam etdirmişdir. Yaranmış gərginliyi nəzərə alan Azərbaycan tərəfi sonda bölgənin sülh şəraitində yaşaması üçün sabitliyi bərpa etmək məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirmişdir. Ermənistanın kapitulyasiya aktına imza atmasından üç ilə yaxın bir müddət keçir. Təəssüflər olsun ki, bu müddətdə Ermənistan nəinki sülh müqaviləsinə imza atmaq istəyir, əksinə, təxribatçı əməllərindən əl çəkmir. Ətəyindən yapışdığı ölkələr belə sülh prosesinə maraq göstərmək əvəzinə, qızışdırıcı mövqe tutur. Əlbəttə ki, biz bunları İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra daha aydın şəkildə gördük. Ermənilərlə yanaşı, bizə informasiya hücumu edən dövlətlər oldu. Yağışdan sonra çıxan göbələklər kimi hər fürsətdə ölkəmizə qarşı qərəzli mövqe tutmağa, erməniləri isə müdafiə etməyə çalışdılar. Niyə? Ona görə ki, istənilən halda Avropa ölkələrinə Ermənistan kimi müti, buyruqqulu, "sahibsiz" dövlətlər lazımdır. Müstəqil qərar qəbul edə bilməsin, kiminsə əlində oyuncaq olacaq qədər zəif olsun. Ermənistan kimi əlaltı dövlətlər dünyanın bir çox hegemonluq iddiasında olan ölkələrinə lazımdır. Çünki həmin ölkələr onların mütiliyinin üzərində yalançı ədalət axtararaq öz planları uğrunda savaşırlar. Əgər bu dövlətlər ədalətin bərpa olunması uğrunda mübarizə aparırlarsa, o zaman özləri ədalətli olmalıdırlar.

Ramidə YAQUBQIZI,

"Respublika".