Hayların həyasızlığı
Digər xəbərlər

Hayların həyasızlığı

Hər dəfə keçirilən görüşlərdə sülh sazişinin bağlanmasının zəruriliyini, Azərbaycanın təkliflərini qəbul etdiyini bildirsə , radikal müxalifət Rusiyanın təzyiqlərindən qorxan Paşinyan verdiyi vədləri yerinə yetirmir. Bununla yanaşı, aqressorun xunta rejiminin yenidən güc toplaması istiqamətində addımlar atılır. Son zamanlar çox təəssüf ki, Qarabağdakı Rusiya sülhməramlıları separatçılarla birlikdə qeyri-qanuni silah-sursatın daşınmasında iştirak edirlər.

Hayastanın iflasa uğramış siyasi xəttində baş nazir digər ölkə rəsmiləri bir-birilərini təkzib edir. Digər tərəfdən, Laçın yoluna BMT missiyasının getməli olduğu bildirilir, daha sonra isə Ermənistanın Laçın yolu ilə əlaqəsinin olmadığını iddia edirlər. Sülhü təhdid edən xain düşmən beynəlxalq çərçivədə keçirilən görüşlərdə verdiyi vədləri yerinə yetirməyərək vaxt qazanmağa çalışır. Mövcud vəziyyətdə Avropa Parlamentinin dəstəyinə arxalanan çirkin xislət sahibləri Azərbaycanın "Dəmir yumruğu"nu yenidən hiss etmək niyyətindədirlər. Hələ ilk başlarda - Nikol Paşinyan baş nazir vəzifəsinə təyin olduğu zaman sülh prosesi ilə bağlı danışıqların irəliləyəcəyi bildirilmişdi. Hayların baş naziri ölkə başçımızdan Ermənistandakı gərginliyi yatırmaq üçün vaxt istəmişdiLakin rəsmi İrəvan əsl erməni xislətini yenə göstərdi. Keçmiş sələfləri kimi Paşinyan da vədinə əməl etmədi. Üstəlik "Qarabağ Ermənistandır" kimi ifadələrlə aqressorun sülh niyyətindən uzaq yeni ərazilər iddiasının şahidi olduq. Sərsəm düşmən yaxın keçmişdə baş tutmuş Soçi, Praqa, Brüssel görüşlərində sülh çağırışlarına müsbət rəy versə hələ heç bir nəticə əldə olunmayıb. Hətta Praqa Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımış olsa da Münxendə keçirilən görüş zamanı Paşinyanın bu niyyətdə olmadığının gördük. Qarşılıqlı danışıqların uğursuz olmasının başqa bir nümunəsi kimi Vaşinqton görüşünü göstərmək olar. Bütün görüşlərdə Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə sülh bərqərar olmadı. Bu cür vaxt uzatmaların digər bir əyani sübutu rəsmi İrəvanın "1991-ci il Almatı Bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsasını təşkil etməlidir" ifadəsindən sonra "anklav kəndlərin hüquqi əsası yoxdur" kimi siyasi cəhətdən gülünc ifadələrlə çıxışıdır. Daha bir gülünc məqam isə Ermənistan liderinin BMT tribunasında çıxışı zamanı "Azərbaycan xəritədə bizə göstərsin ki, Ermənistanın əraziləri hansıdır" deməsidir. Haylar mövcud vəziyyəti dərk etməli, aldıqları dərsdən nəticə çıxarmalı, separatçı dəstələri hərbi birləşmələrini Azərbaycan torpaqlarından geri çəkməlidir. 2020-ci ilin 10 noyabr Bəyanatında yer alan şərtlərə əməl olunmasının vacibliyinin həm Azərbaycan, həm Rusiya tərəfindən qeyd olunmasına baxmayaraq, Ermənistan tərəfi bu günə qədər əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyib. Ermənistan təxribatçı mövqeyində qalmaqla bütün hallarda özünü oda atır. 2020-ci ilin sentyabrına qədər Azərbaycan Ermənistana şans verməklə, münaqişəni dinc yolla tənzimləməyə çalışırdı. Lakin Ermənistan Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirə bilmədi nəticədə 44 günlük Vətən müharibəsi zamanı olduqca ağır məğlubiyyətə uğradı   ordusu darmadağın edildi. Kapitulyasiya aktı imzalamasına baxmayaraq, Ermənistan təxribatçı mövqeyində qalmaqda davam edir. 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ölkələrin ərazi bütövlüyünün suverenliyinin qarşılıqlı şəkildə tanınmasından ibarət olan sülh müqaviləsini Ermənistana təqdim etməsinə baxmayaraq, Ermənistan bu istiqamətdə real addım atmır. Əvəzində isə Azərbaycanın Qarabağ inzibati ərazisi üçün bir sıra imtiyazlar tələb edərək burada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının "qoruyucusu" olduqlarını bildirir. Lakin Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ işğal altındadır. Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı ekofəalların aksiyasına qədər Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu.

Sülh prosesi Azərbaycanın qurduğu xətt ilə inkişaf etdirilməlidir. Ortada imzalanmış sənəd var Ermənistanın bu şərtlərdən qaçmağa imkanı yoxdur. Belə bir vəziyyətdə Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri gözardı etməsi problem yaradır. İdeoloji cəhətdən zəhərlənən rəsmi İrəvanın beyninə Azərbaycanın mədəni çağırış tələbləri batmır.

Prezident İlham Əliyev beynəlxalq aləmin ən yüksək tribunalarından hər dəfə Ermənistanı gözləyən təhlükələr barədə onlara xatırlatma edir bildirir ki, bunun cavabını Azərbaycan istənilən variantlarda verməyə hazırdır, burada uduzan tərəf yenə Ermənistan olacaq.

Nurlan ABDALOV,

"Respublika".