Hayastanın himayədarı - Avropa Parlamenti
Siyasət

Hayastanın himayədarı - Avropa Parlamenti

Avropa Parlamentinin Azərbaycana qarşı növbəti böhtan xarakterli qətnaməsi ölkəmizə münasibətdə düşmən mövqedə dayandığını sübut edir.

Qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi iddialarla yanaşı, statusunu itirmiş "Minsk qrupu", "Dağlıq Qarabağda ətrafında" kimi keçmiş, sülh prosesinə əngəl törədəcək bir sıra müddəalar qeyd edilib. Əslində bütün bunlar AP-nin ermənipərəst bir təşkilat olduğunu göstərir. Avropa Parlamentinin belə təşəbbüs qətnamələrlə Ermənistanın mənafeyini müdafiə etməsi beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır.

Avropa Parlamentinin qətnaməsi kağız parçasından başqa bir şey deyil. Lakin rəsmi İrəvanın haqsız çırpınışlarına Avropa Parlamentinin mövqeyi təəssüf hissi doğurur. Belə ki, AP sülhün bərqərar olmasına səy göstərmək əvəzinə Ermənistanın yenidən silahlanmasına Cənubi Qafqazda destabil vəziyyətin hökm sürməsinə kömək edir. Görəsən Avropa Parlamentinin bu məsələdə marağı nədir? Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğu bir vaxtda nəyə görə məhz bu qurum selektiv yanaşma nümayiş etdirir? Görünür Kapar Karapetyan kimi erməni lobbisinin sifarişi Avropa Parlamentinin ədalət prizmasını formalaşdırdığı üçün bu cür yollara əl atılır. Elə bu həmin Avropa Parlamentidir ki, Cənub Qaz Dəhlizinə qarşı çıxmışdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına səy göstərdiyi bir zamanda Parlamentin ermənipərəst mövqeyi sabitliyə kölgə salır. Bununla yanaşı, AP-nin son dövrlər korrupsiya cinayətləri ilə gündəmə gəlməsi bunu deməyə əsas verir.

Avropa Parlamentinin Praqa Soçi görüşlərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tanımasından sonra ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməsi diqqətdənkənar qalmamalıdır. Bu, öz növbəsində Ermənistanın revanşist qüvvələrini daha da gücləndirir. Avropa Parlamentinin beynəlxalq hüququ ikili yanaşmalar ilə təmsil etməsi öz nüfuzuna ləkədir.

30 ilə yaxın bir dövr ərzində ərazilərimiz düşmən əsarətində olan zaman burada törədilən cinayətlərə, maddi-mədəni irsimizin dağıdılmasına, ərazilərimizdən narkobiznes, silah-sursat daşınması üçün istifadəsinə qarşı AP-nin "ədalətli" mövqeyindən əsər-əlamət yox idi. Bununla yanaşı, BMT-nin müəyyən qətnamələrinə əsasən ərazi bütövlüyümüzün sülh yolu ilə bərpa olunmasını tələb etdiyimiz bir zamanda AP-nin beynəlxalq hüququ təmin etməsi gündəmə gəlmədi. Görünən odur ki, Avropa Parlamentinin ərazi bütövlüyü anlayışında yalnız Ermənistanın mənafeyi qorunur. Təsadüfi deyil ki, qətnamə layihəsinin əsas müddəalarından biri Ermənistanın ərazi bütövlüyü məsələsidir. Ermənistan kapitulyasiya aktını imzalamış dövlət kimi rəsmi olaraq konturları müəyyən olmayan ölkə statusundadır. Belə olduğu halda, Ermənistanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil. Bunun üçün ilk öncə rəsmi İrəvan kapitulyasiya aktının tələblərini yerinə yetirməlidir. Qətnamədəki bu müddəa Avropa Parlamentinin 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırdığının bariz sübutudur. Yaxşısı budur ki, AP erməni eynəyini çıxarıb həqiqətlərə yaxından baxsın. Bu zaman 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi, Vətən müharibəsi zamanı mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partayışların qurbanına çevrilməsi, Gəncə, Bərdə digər ərazilərimizdə baş vermiş terror hadisələri bir çox məqamları görə bilərlər.

Azərbaycanın uğurlu xarici siyasəti, Qoşulmama Hərəkatına sədrliyi, X Qlobal Bakı Forumuna evsahibliyi etməsi, o cümlədən Avropanın önəmli enerji təminatçısı olması ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. Avropa Parlamentinin digər anti-Azərbaycan təbliğatçılarının ölkəmizin nüfuzuna hər hansı bir zərbə endirmə cəhdləri keçmişdə olduğu kimi, bu gün fiyasko ilə nəticələnəcək.

Nurlan ABDALOV,

Respublika".