Hava şəraiti ilə əlaqədar təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirilir
Ekologiya

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirilir

Həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb. Baş verən təbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib. Aqrar Sığorta Fondu rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıb. Bu barədə Azərbaycan respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 1 may 2023-cü il tarixli məlumatında bildirilir.

Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.

Fermerlər təsərrüfatlarına dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirə bilərlər.

Əli SADIQOV,

“Respublika”.