Hakima El Haite: Qlobal Bakı Forumunda planetin gələcəyi üçün insanları narahat edən məsələlər müzakirə olunur
MÜSAHİBƏLƏR

Hakima El Haite: Qlobal Bakı Forumunda planetin gələcəyi üçün insanları narahat edən məsələlər müzakirə olunur

Qlobal Bakı Forumunda dünyada baş verən siyasi hadisələrlə yanaşı, planetin gələcəyi üçün insanları narahat edən məsələlər də müzakirə olunur.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda keçirilən panel iclasda iştirak edən "Liberal Internasional"ın prezidenti Hakima El Haite AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

"Dünyada meşə sahələrinin kəskin azalması problemi bütün dünya ölkələrini narahat etməlidir. Ekoloji problemlər hər il bir qədər daha artır. Görülməsi planlaşdırılan tədbirlərin müzakirəsi davam edəcək", - deyə "Liberal Internasional"ın prezidenti bildirib.

AZƏRTAC