Hakima El Haite: Bakı Forumunda müzakirə olunan mövzuların əhatə dairəsi genişlənib
MÜSAHİBƏLƏR

Hakima El Haite: Bakı Forumunda müzakirə olunan mövzuların əhatə dairəsi genişlənib

X Qlobal Bakı Forumunda planetin gələcəyi ilə bağlı insanları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparılır.

Bunu "Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri (2013-2017), Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi (2015-2017) Hakima El Haite deyib.

"Dünya koronavirus pandemiyasından sonra yeni bir mərhələyə keçdi. Bu mərhələnin hər bir ölkə üçün səmərəli dövrə çevrilməsi öz əlimizdədir. Son dövrlər dünyada yaranan gərginliklər səbəbindən Forumda müzakirə olunan mövzuların əhatə dairəsi genişlənib. Mən düşünürəm ki, həmin məsələlərin panellərdə müzakirə olunması problemlərin həlli istiqamətində atılan ilk addımlardır", - deyə "Liberal Internasional"ın prezidenti bildirib.