MÜSAHİBƏLƏR

"Haber Qlobal"ın əməkdaşı: Ümid edirəm ki, dünya bu vəhşiliyi görər və buna səssiz qalmaz

Birinci Qarabağ müharibəsində yaşanan dəhşəti kadrlardan, sənədli filmlərdən, fotolardan görmüşdük. Amma bu cinayəti burada gözlərimizlə gördükdə insanın qanı donur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Haber Qlobal" televiziyasının əməkdaşı Ela Sezen söyləyib.

Xocavəndin Edilli kəndində tapılan və azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqla tanış olan türkiyəli jurnalist deyib: "İkinci Qarabağ müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımızla bərabər, şəhidlərimizə də qovuşduq. Ümid edirəm ki, bu cəsədlərin kimlikləri məlum olduqdan sonra, onların ailələrinin başlarına gedib dua edə biləcəkləri bir məzarları olacaq. Bu, onların dərdinin üzərinə heç olmaya su səpmiş olar. Biz erməni hərbçilərinin bu cür zülmlərini çox eşitmişdik. Amma gəlib yerində görmək insanda başqa duyğular oyadır. Ümid edirəm ki, dünya bu vəhşiliyi görər və buna səssiz qalmaz".

AZƏRTAC