Biz ölkənizin işğaldan azad olunmuş torpaqlarını - Füzulini, Şuşanı, Ağdamı görmək üçün Gürcüstandan gəlmişik. Bu yerlərə səfər etməkdən çox məmnunuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gürcüstanın Regional Ekoloji Mərkəzinin əməkdaşı Yevgeniya Mehdiyeva söyləyib.
"İşğaldan azad olunmuş torpaqlarda hər yer minalanıb. Ölkənizdəki nümayəndəliyimiz Qarabağda tikinti-quruculuq işlərində daha böyük irəliləyişin əldə olunması üçün gələcəkdə torpaq, meşə və digər sahələrlə bağlı layihələrdə iştirak edəcək", - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstan mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Nümayəndə heyəti bu gün Cəbrayıl və Füzulidə olub.
AZƏRTAC