Gürcüstanın ictimai xadimi, rəssam Ketevan Qalumaşvilidən
Məktublar

Gürcüstanın ictimai xadimi, rəssam Ketevan Qalumaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram.

Gürcü jurnalistlərlə və bloqqerlərlə birlikdə Azərbaycan Respublikasına səfər zamanı aldığım təəssüratları Sizinlə bölüşmək istəyirəm. Sizin gözəl şəhər və rayonlarınızı, tarixi abidələrinizi görmək, milli mətbəx nümunələrinizi dadmaq imkanı əldə etdim. Çox şadam ki, səfər zamanı Azərbaycanın paytaxtı Bakı şəhəri ilə yanaşı, Qarabağın tarixi yerləri ilə də tanış oldum. Qarabağda Azərbaycanın şanlı ordusunun qələbə, ləyaqət izlərinin şahidi oldum. İşğaldan azad edilmiş hər bir rayonda məhz Sizin kimi əvəzsiz liderin möhkəm iradəsi sayəsində ölkənizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində böyük bir missiyanın yerinə yetirildiyi hiss olunurdu. Bunun Sizin və milyonlarla Azərbaycan vətəndaşı üçün milli qürur və birlik hissi baxımından nə qədər vacib olduğunu tam dərk etdim. Göstərdiyiniz şücaətə və mübarizlik ruhuna görə Sizə və xalqınıza dərin ehtiramımı bildirirəm.

Cənab Prezident, Qələbə simvolunuz olan Şuşa şəhərinin böyük həvəslə çəkdiyim rəsmini 60 illik yubileyinizə hədiyyə etmək istərdim.

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram.

Hörmətlə, 

Ketevan Qalumaşvili

Gürcüstanın ictimai xadimi, rəssam