Gözlərə nur verən həkim
Sosial həyat

Gözlərə nur verən həkim

Səhiyyənin inkişafı dövlətimizin siyasətinin əsas istiqamətlərindəndir. Yeni tibb ocaqlarının yaradılması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yerli tibb kadrlarının yetişdirilməsi, bilik təcrübələrinin artırılması s. əsas məqsədlərdən biridir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993- ildə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, səhiyyə sistemində zəruri islahatlar həyata keçirilmiş, nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülmüş gələcək layihələrin konturları müəyyənləşdirilmişdir. Son illərdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlayır. Bütün bölgələrimizdə yüzlərlə tibb ocağı tikilərək əhalinin istifadəsinə verilib, tibb müəssisələrində fəaliyyət göstərən kollektivin əsasən yerli kadrlardan ibarət olması, beynəlxalq tibbi standartlara cavab verən yüksəkkeyfiyyətli avadanlıqlarla təchizatı təmin edilib, əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılıb. Tibb sahəsində ən qabaqcıl müasir müalicə üsullarının tətbiqi əvvəllər müalicəsi respublikamızda mümkün olmayan xəstəliklərin qarşısını almağa geniş şərait yaradıb.

Prezident İlham Əliyev tərəfindən dərman-əczaçılıq preparatlarının keyfiyyətinə qiymətləndirilməsinə nəzarətin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi keyfiyyətli tibb xidmətləri ilə təchiz olunması məqsədilə təsdiqlənən "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Dərman vasitələri haqqında" s. kimi müxtəlif Fərman sərəncamlar, həmçinin əczaçılıq zavodlarının tikintisinə start verilməsi bir daha göstərir ki, əhaliyə yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi prioritetdir.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Zərifə xanım Əliyeva deyirdi: "Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Buna görə hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: "Sənin xalat geyinməyə haqqın varmı? Onilliklər boyu təkcə biliklərini deyil, həm ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan".

Zərifə xanım Əliyevanı həkim etikası tibbi deontologiya məsələləri həmişə düşündürmüş, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə həllinə xeyli zəhmət sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alim həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara diqqət qayğı ilə yanaşmış, heç zaman işdən usanmamış, ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi qayğıkeşliyi, insanlara onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi bu böyük şəxsiyyətə həmkarlarının, yetirmələrinin xəstələrinin dərin hörmətini qazandırmışdır.

Ulu öndər Heydər Əliyevin təbirincə desək, "Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var". Amma bu məqamda gözlərə işıq verən həkimlərin zəhməti daha aydın görünür. Akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından banilərindən biridir. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalması, göz xəstəliklərindən xilas olması üçün çalışmışdır. 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi. Təəssüf ki, o zamanlarda bu xəstəliyin etimologiyası yaranma səbəbləri kifayət qədər öyrənilmədiyinə müalicə üsulu olmadığına görə yüzlərlə xəstə dünya işığından məhrum olurdu. Bu səbəbdən Zərifə xanım əmək fəaliyyətinin ilk illərindən etibarən bu xəstəliklə mübarizəyə başlayır, onun başvermə səbəblərinin dərindən öyrənilməsi üçün Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Bu infeksiya onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin qədər çətin mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmış, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960- ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir bu xəstəliyin kökü birdəfəlik kəsilir. Buna görə Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

İlləri sistemli şəkildə nəzərdən keçirdikdə Zərifə xanım Əliyevanın oftalmologiya tarixində zəngin səhifələr yazdığını daha aydın görürük. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri ("Herpetik göz xəstəliyi", "Ağır virus konyuktivləri" s.), bir çox elmi məqalələri monoqrafiyaları - "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" "Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi", "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Bu əsərlər indi hər bir oftalmoloq üçün stolüstü kitabdır. Onun zəngin pedaqoji, elmi əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında da öz əksini tapıb.

Zərifə xanım Əliyevanın xidmətləri daim yüksək dəyərləndirilib. 1983- ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. O, bütün fəaliyyəti boyu böyük ictimai aparmış, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım Əliyeva bir sıra orden medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Təbii ki, bu qiymətləndirmələr sırasında Zərifə xanım Əliyevaya milyonların sevgisi isə daha əsas yer tutur. Bu sevgi onun ən böyük mükafatıdır.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Mənalı ömür, şərəfli həyat yolu keçmiş görkəmli alim, oftalmoloq-həkim, ana kimi örnək olan, bütün həyatını insanlara, onların gözlərinə qəlblərinə nur səpməklə kamillik zirvəsini fəth etmiş  Zərifə xanım Əliyevanın parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Esmira MİRZƏYEVA,

Dünyagöz-Azərbaycan Xəstəxanasının müdiri.