Reklam və elanlar

"Göygöl Şərab Zavodu" Açıq Səhmdar Cəmiyyəti MALİYYƏ VƏZİYYƏTİNƏ DAİR HESABAT

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Göygöl Şərab Zavodu" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına

Rəy

Biz "Göygöl Şərab Zavodu" Açıq Səhmdar Cəmiyyətinin (buından sonra Şirkət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinə dair lıesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından və maliyyə hesabatlarına izahlı qeydlərdən ibarət maliyyə hesabatlarının auditiııi aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks eldirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyvə hesabatlarının aııditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respııblikasındakı maliyvə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uygunı olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki. əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Şirkətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətlı təhriflərin olmadıgı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şlrkətin fasiləslz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan ınəsələlər haqqında ınəlumatların açıqlanınasına və mühasibat ııçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Şirkətini maliyyə hesabatlarınn təqdimetmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığma dair kafı əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etınəkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxııd məcmıı olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

"ANR Audit" MMC-nin direktor-auditoru                        Namiq Abbaslı.

Bakı şəhəri, Azərbaycan Respublikası

24 iyun 2022-ci il.