Gorus-Qafan yolu üzərində yerləşən sərhəd buraxılış məntəqəsi əsaslı təmir olunub
Digər xəbərlər

Gorus-Qafan yolu üzərində yerləşən sərhəd buraxılış məntəqəsi əsaslı təmir olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonunun Eyvazlı kəndindən keçən Gorus-Qafan yolu üzərində yerləşən buraxılış məntəqəsi əsaslı təmir olunaraq istifadəyə verilib.

Məntəqə ilə tanışlıqdan sonra Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, binada Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb: "Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin rəsmiləşdirilməsi, sənədlərin mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir. Məntəqənin yerləşdiyi ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən həyata keçirilir".

AZƏRTAC