GORANBOYDA KƏND TƏSƏRRÜFATI MÜŞAVİRƏSİ
Region

GORANBOYDA KƏND TƏSƏRRÜFATI MÜŞAVİRƏSİ

Goranboy Rayon İcra Hakimiyyətində, Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə kənd təsərrüfatı müşavirəsi keçirildi. Müşavirədə icra başçısı Məhərrəm Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyələr, fermer və sahibkarlar iştirak ediblər.

Müşavirədə əkin sahələrinin suvarılmasının təmin edilməsi zamanı suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqi, əkinçilik mədəniyyəti və texnologiyasının formalaşdırılması, gübrələrdən səmərəli istifadə, baramaçılığın inkişaf etdirilməsi və buna uyğun əlverişli saxlama yerlərinin, yem bazasının yaradılması, pambıq, tütün və taxıl məhsullarının becərilməsi məsələləri geniş müzakirə edildi.

Qeyd olunan məsələlərlə bağlı, yerli fermer və sahibkarları maraqlandıran suallar cavablandırıldı.

Zabit XƏLİLOV,

"Respublika".