Gənclərin asudə vaxtlarının səmərəli təşkili
Region

Gənclərin asudə vaxtlarının səmərəli təşkili

"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində növbəti səfər Sabirabad rayonuna oldu. Layihə rayonun Cavad, Qaratəpə və Qaraağac kəndləri üzrə 400-dən çox gənci əhatə etdi.

Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsi məqsədi daşıyan layihə çərçivəsində gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilir.

Azərbaycan Respublikasının Gənclər Fondu, "Gənc Könüllülər" İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə bu il Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə edəcək.

Tofiq HÜSEYN,

"Respublika".