GƏNCLƏRƏ ÖRNƏK İGİDLƏR
Region

GƏNCLƏRƏ ÖRNƏK İGİDLƏR

Tacəddin Abbasov 2020-ci il sentyabrın 27-də Ermənistan  işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Tacəddin Abbasov 2020-ci il oktyabrın 24-də Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, oktyabrın 26-da Daşkəsən rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid Tacəddin Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daşkəsən rayon Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğlunun keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Mərasim iştirakçıları şəhid əsgər Tacəddin Abbasovun məzarına tər gül dəstələri düzərək xatirəsini böyük ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin ailəsinə başsağlığı verib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, şəhid əsgər Tacəddin Abbasovun həyatından və şərəfli döyüş yolundan əhatəli  söz açıb.

Şəhidin anası Abbasova Həmidə Musa qızı ailəsinə göstərilən diqqət və qayğıdan razı qaldığını və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Zabit XƏLİLOV,

“Respublika”.